Mojo.az Banner
14:58 Beyləqanda məktəbdə şagirdlər zəhərləniblər  |     14:47 Həkimdən valideynlərə TƏCİLİ XƏBƏRDARLIQ: Bu iynəni uşağınıza vurduranda diqqətli olun!  |     14:40 Azərbaycanlı makler qadınla əlbir olan pakistanlı qardaşların milyon dollarlıq mülk fırıldağı - FOTO  |     14:32 Piyadanı vuran sürücü həbs oluna bilər? – Vəkildən AÇIQLAMA  |     14:28 Ucuz torpaq alıb ev tikənləri hansı təhlükələr gözləyir?  |     13:36 "Yandex"in data mərkəzi vuruldu  |     12:39 Cəbrayılda minaya düşən şəhid atasının vəziyyəti açıqlandı  |     12:39 Bu işlərdə çalışanların ödündə daş yaranır  |     12:37 Ölkədə inflyasiya ilə bağlı son rəqəmlər açıqlandı  |     12:36 Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb  |     12:35 Doğulan və ölənlərin sayı açıqlandı  |     12:34 Əhalinin gəlirləri artıb - Foto  |     12:32 Tanınmış şirkətdə milyonyarımlıq yeyinti: Həbs edilən var  |     12:30 Azərbaycanda ortaaylıq əməkhaqqı artıb - Foto  |     12:29 Paşinyan: "Ermənistan və Azərbaycan arasında sülh reallaşmış bir faktdır"  |     12:26 Xaçmazda mağazada yanğın - Hadisə yerindən görüntülər (Video)  |     12:26 Ağır cinayətlərin sifarişçisi olan "Dəyirman Vahid"ə hökm oxundu  |     12:21 Hörmüz boğazında neft tankerləri minaya düşdü  |     12:06 Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video  |     11:49 Borca görə həbs oluna bilərsiniz – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

16 şəhid ailəsi və Qarabağ əlili evlə təmin olunub

10.09.2020 17:16 1 260
16 şəhid ailəsi və Qarabağ əlili evlə təmin olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən Ağstafa rayonunda inşa etdirilmiş 16 fərdi yaşayış evi şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə təqdim edilib.

ƏƏSMN-dən verilən məlumata görə, tədbirdə nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin və Ağstafa Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak edib.

Bildirilib ki, Prezident İlham Əliyevin sosial siyasətinin əsaslarından biri də həssas əhali qruplarına xüsusi qayğının ilbəil artırılmasıdır. Sosial müdafiə proqramlarından biri də şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin mənzillə təminatıdır. Bu proqram ildən-ilə genişləndirilir. Dövlət başçısının tapşırığına əsasən, bu il şəhid ailələrinə və müharibə əlillərinə rekord sayda - azı 1500 mənzil və fərdi ev veriləcək. Bu gün Ağstafa rayonunda təqdim edilən fərdi evlər də daxil olmaqla, onlardan artıq 584 mənzil və fərdi ev (o cümlədən 554 mənzil, 30 fərdi ev) verilib. Qalan mənzillər və fərdi evlər də ilin sonunadək veriləcək.

Qeyd olunub ki, ümumilikdə ötən dövrdə şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə 8172 mənzil və fərdi ev təqdim edilib. Həmçinin Nazirlik tərəfindən müharibə əlilləri və onlara bərabər tutulan şəxslər indiyədək 6900 minik avtomobili ilə təmin olunub.

Yeni fərdi yaşayış evi ilə təmin edilən şəhid ailələrinin üzvləri və Qarabağ müharibəsi əlilləri onların rifahına göstərilən yüksək qayğıya, bu gün isə yeni fərdi yaşayış evləri ilə təmin olunduqlarına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.скачать dle 11.3
Mojo.az Banner