Mojo.az — elanlar
Son Xəbərlər
23:01 Pensiyası kəsilənlərin nəzərinə  |     22:56 Bu 4 bürcün kişiləri sevdisə vaz keçmir - ADLAR  |     22:44 Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi (SİYAHI)  |     22:39 Nişanlı məhkumun cəzasının qalan hissəsi bağışlandı - Toyu olacaq  |     22:34 Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları  |     22:27 10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?  |     22:20 Erkən nikah bəlası: Psixoloji travmalar, məcburi qərarlar və çıxış yolları  |     22:15 "Dubayda tutulmuşam" deyib əlavə pul aldı - Məhkəmədən amnistiya qərarı  |     22:08 Qonşusunu boğazından sıxan 67 yaşlı kişi cərimə edildi  |     22:02 Azərbaycanlıların bu il ən çox getdiyi ölkələr açıqlandı  |     21:55 Xolesterini azaldan qidalar: Kardioloq payızın ən faydalı tərəvəzini açıqladı  |     21:50 Qızılın qiyməti oktyabrın 14-dən bəri ən aşağı səviyyədədir  |     21:42 Bu serialın heyətində dəyişiklik ediləcək  |     21:37 Autizmli uşağı döyən müəllim üzr istədi - VİDEO  |     21:30 DSMF pensiyaların bərpası və yenidən təyini qaydalarını açıqıadı  |     21:24 8 ayda aldadılan istehlakçıların sayı açıqlandı  |     21:15 Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanıldı  |     21:09 Türkiyə-Ermənistan sərhədi açılır?  |     21:00 "Konstitusiya məsələsi Azərbaycanla müzakirə olunmur" - Baş nazir  |     20:47 Azərbaycanda keçiriləcək U-20 dünya çempionatının tarixləri açıqlandı - Rəsmi  |    
Mojo.az Avto
Mojo.az Avto

ƏƏSMN Qarabağ müharibəsi əlillərinə 50 avtomobil təqdim etdi

24.12.2020 19:29 2 472
ƏƏSMN Qarabağ müharibəsi əlillərinə 50 avtomobil təqdim etdi
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, müharibə əlillərinin minik avtomobilləri ilə təminatı tədbirləri getdikcə gücləndirilir. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Xəzər” markalı daha 50 avtomobili Qarabağ müharibəsi əlillərinə təqdim edib.

Bu barədə nazirlikdən məlumat verilib.

Tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev vurğulayıb ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu ərazilərimizin erməni faşizminin işğalından azad edilməsi istiqamətində möhtəşəm Zəfər əldə edərək yeni şanlı qəhrəmanlıq tarixi yazdı. Qələbə ovqatının yaşandığı bu günlərdə şəhid ailələrinin, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə sağlamlığını itirmiş vətəndaşların sosial müdafiəsi tədbirləri də uğurla davam etdirilir.

Dövlət başçısının həssas əhali qruplarına, o cümlədən şəhid ailəsi üzvlərinə, müharibə əlillərinə xüsusi qayğısından bəhs edən nazir müavini müharibə əlillərinin avtomobillə təminatı işlərini qeyd edib. Bildirib ki, Nazirlik müharibə əlillərinə 2018-ci ildə 265 avtomobil, 2019-cu ildə isə 600 avtomobil verib. 2020-ci ildə də 400 avtomobilin verilməsi nəzərdə tutulub və onlardan artıq böyük əksəriyyəti verilib. Ümumilikdə Nazirlik tərəfindən ötən dövrdə müharibə əlillərinə 7050-dən çox minik avtomobili verilib.

A.Əliyev şəhid ailələrinin, müharibə əlillərinin mənzil və fərdi evlə təminatı proqramının da ildən-ilə genişləndiyini deyib. O diqqətə çatdırıb ki, 2018-ci ildə Nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 626 mənzil və fərdi ev, 2019-cu ildə bundan 50 faiz çox olmaqla 934 mənzil və fərdi ev verilib. Prezident İlham Əliyevin tapşırığına əsasən 2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə rekord sayda, yəni 1500 mənzil və fərdi ev verilməsi işləri aparılır və artıq 1300-dən çoxu təqdim edilib. Bu vaxta qədər isə 9000-ə yaxın mənzil və fərdi ev həmin kateqoriyalardan olan vətəndaşlara verilib.

Nazir müavini dövlət başçısının göstərişi ilə postmüharibə dövründə Vətən müharibəsi şəhidlərinin, müharibədə yaralanmış hərbçilərin ailələri, müharibə iştirakçıları, erməni terrorundan zərər çəkənlərlə bağlı sosial dəstək tədbirlərinin həyata keçirildiyini də diqqətə çatdırıb.

Qarabağ müharibəsi əlilləri doğma torpaqlarımızın düşmən işğalından azad edilməsinin bütün xalqımıza sonsuz sevinc və qürur bəxş edən tarixi Zəfər olduğunu, bu qələbənin fərəhi içində olduqlarını vurğulayıblar. Dövlətin bütün sahələrdə onlara göstərdiyi qayğıdan razı qaldıqlarını qeyd edən müharibə əlilləri onların sosial müdafiəsinin gücləndirilməsinə göstərilən yüksək qayğıya, yeni avtomobillərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.

Son xəbərlər