Mojo.az Banner
23:00 Yeməkdən sonra piyada gəzmək mütləqdir?  |     22:53 Bu 3 bürc üçün uğurlu dövr başlayır – Xoş xəbərlər gələcək  |     22:48 Azərbaycanda qadınlar kişiləri bu statistikada üstələyirlər  |     22:40 Taksi sürücüsünə qaz xətti çəkdirmək istədi, dələduzluğun qurbanı oldu  |     22:35 Qəbələdə məşhur otelin sahibi "Şaxta baba"nı döydüyü üçün cəzalandırıldı  |     22:28 İdmançı şou zamanı rinqdə 75 yaşlı hakimin ölümünə səbəb oldu  |     22:22 Oktyabrda belə dənizdə üzmək mümkün olan Avropa ölkəsi  |     22:15 Çuğundur şirəsi məşqi daha effektiv edə bilər: Onu nə vaxt içmək yaxşıdır?  |     22:09 Naxçıvanda dövlətin 245 milyon manatı necə "yeyilib"? - DETALLAR  |     22:01 Xalq şairinin adından saxta səhifə ilə uyğunsuz qruplara dəvətlər edilir  |     21:56 Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müşahidə olunur  |     21:50 Abşeronda 23 motoxuliqan saxlanıldı - VİDEO  |     21:42 Pensiya hesablanmasında yenilik - Kim nə qədər itirəcək? (VİDEO)  |     21:37 Cənubi Koreya Kiyevdəki səfirini geri çağırır  |     21:30 Sumqayıtda ötən ay dənizdə batan 82 yaşlı kişinin meyiti tapıldı  |     21:24 Ermənistanda hərbi xidmətə çağırış yaşı artırıldı  |     21:15 Azərbaycanda yenidoğulan körpələrin sayı azalır - VİDEO  |     21:10 Bakıda bir manat 3 il həbsə səbəb oldu  |     21:03 100 milyon təklif olundu, qəbul etmədi  |     20:48 Bu gün yaralanan çobanın atası da minaya düşdü - YENİLƏNİB  |    
Mojo.az Avto
Mojo.az Avto

Rüşvət alarkən tutulan sabiq vergi müfəttişlərindən xəbər var

24.08.2020 18:24 1 284
Rüşvət alarkən tutulan sabiq vergi müfəttişlərindən xəbər var
Baş Prokurorluğun və İqtisadiyyat Nazirliyinin səmərəli əməkdaşlığı nəticəsində bu sahədə aşkar edilmiş korrupsiya hüquqpozmalarına dair cinayət işi məhkəməyə göndərilib.

Bununla bağlı Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, iqtisadi fəallığın gücləndirilməsi, sahibkarlıq subyektləri üçün bazar imkanlarının genişləndirilməsi, onların hüquqlarının etibarlı müdafiəsinin təmin edilməsi sahəsində keçirilmiş mütərəqqi islahatlara baxmayaraq, öz şəxsi maraqlarını təmin etmək məqsədilə vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə sahibkarların hüquqlarını pozan vəzifəli şəxslərin aşkarlanaraq, məsuliyyətə cəlb edilməsi istiqamətində prokurorluq orqanlarının məqsədyönlü və ardıcıl tədbirləri davam etdirilir.

Əvvəllər Baş Prokurorluq və İqtisadiyyat Nazirliyinin birgə verdikləri məlumata əlavə olaraq bildirilir ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin Monitorinq şöbəsinin böyük dövlət vergi müfəttişi Azər Allahverdiyev və həmin İdarənin Nərimanov rayon şöbəsinin müfəttişi Cahid Tahirov vətəndaşa məxsus çörək sexinə gələrək, cari il ərzində vergi yoxlamalarının keçirilməməsi müqabilində altı min manat məbləğində pulun bir qismini rüşvət kimi alarkən cinayət başında yaxalanıblar.

Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmış, Azər Allahverdiyev və Cahid Tahirov şübhəli şəxs qismində tutularaq, onlara Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilməklə barələrində Binəqədi rayon məhkəməsinin müvafiq qərarları ilə həbs-qətimkan tədbiri seçilib.

Aparılmış istintaqla Azər Allahverdiyevin Cahid Tahirovla cinayətkar əlaqəyə girməklə “Laçın Çörək Evi” adlı çörək istehsalı sexinə rəhbərlik edən vətəndaşdan vergi yoxlamalarından kənarda qalması, ümumi himayədarlıq, eləcə də, digər qanunsuz hərəkətlər müqabilində 2019-cu ilin iyul - avqust ayları ərzində ümumilikdə 3500 manat məbləğdə pulu rüşvət qismində istəyərək almasına, bundan əlavə 2020-ci ilin mart ayında Cahid Tahirovla birlikdə həmin sexə rəhbərlik edən vətəndaşdan öz qanunsuz hərəkətləri üçün 10 min manat məbləğində pul vəsaitini təkrarən rüşvət qismində istəməsinə, nəticədə, altı min manata razılaşmasına əsaslı şübhələr müəyyən edilib.

21 avqust 2020-ci ildə cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq, aidiyyəti üzrə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.скачать dle 11.3
Mojo.az Banner