Azərbaycanda 16 milyonluq korrupsiya faktı: Vəzifəli şəxs həbs edildi - RƏSMİ » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:02 "OpenAI"dən etiraf - Bəzi yazışmaları yoxlayıb, polisə xəbər verirlər  |     22:57 Nazirliyə məxsus avtomobil 2000 manatla satışa çıxarılır  |     22:50 Həyət evi olanların nəzərinə: Sentyabrın 1-dən...  |     22:45 Milyardlarla izlənən “Gangnam Style” ifaçısı barəsində istintaq başladı  |     22:38 Vəfat edən şəxsin kreditini kim ödəməlidir? – AÇIQLAMA  |     22:30 Gəncədə 31 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb  |     22:25 "Qarabağ"ın rəqibləri müəyyən olundu  |     22:20 İsrail Sənanı husi liderinin müraciəti zamanı bombaladı  |     22:12 Azərbaycanlı itkinlərin ailə üzvləri ilk dəfə BMT-də qəbul edilib  |     22:06 Türkiyənin iki vilayətində meşə yanır  |     22:00 Məktəblərdə yeni dərsliklər tədris olunacaq  |     21:53 Kirayə mənzil bazarında vəziyyət necədir?  |     21:48 "Zara"dan paltar oğurladı, məhkəmədə "ali təhsilliyəm" dedi  |     21:41 Labubunun yaradıcısı 38 yaşında dünyanın ən varlı 100 adamı sırasına daxil oldu  |     21:36 Bu idarə Bərdədən Xankəndiyə köçürülür  |     21:29 Azərbaycanlı qadına Rusiyada 5 il həbs cəzası verildi - Casusluq ittihamı  |     21:24 Abşeronda bir ev 5 nəfərə satılıb? (VİDEO)  |     21:17 "Qarabağ" tarixi uğura görə nə qədər qazanc əldə etdi? - MƏBLƏĞ  |     21:12 Turistlərə tətillərini poza biləcək içkilər barədə xəbərdarlıq  |     21:02 Leyla Əliyeva Şamaxıda körpələr evi-uşaq bağçalarının açılışında (FOTO)  |    

Azərbaycanda 16 milyonluq korrupsiya faktı: Vəzifəli şəxs həbs edildi - RƏSMİ

Ölkəmizdə həyata keçirilən davamlı iqtisadi inkişafın mühüm şərtlərindən biri kimi şəffaflığın və maliyyə intizamının təmin edilməsi, aparılan iqtisadi islahatların korrupsiyaya qarşı mübarizə tədbirləri ilə dəstəklənməsi prokurorluq orqanları tərəfindən daim diqqət mərkəzində saxlanılmaqla korrupsiya hüquqpozmalarına qarşı kəsərli mübarizə tədbirləri davam etdirilir.

Baş Prokurorluqdan verilən məlumata görə, həmin tədbirlərin davamı olaraq, “Zaminbank” ASC-nin vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə etmələri nəticəsində özgə əmlakını külli miqdarda ələ keçirmələri və digər faktlar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri ilə hazırda ləğv edilmiş “Zaminbank” ASC-nin Müşahidə şurasının sabiq sədri Nadir İsmayılovun işlədiyi dövr ərzində müxtəlif korrupsiya sxemlərindən istifadə etməklə fiziki və hüquqi şəxslərin adına ayrılmış 16 milyon manatdan artıq məbləğdə ASC-yə məxsus kredit vəsaitini bankın digər vəzifəli şəxslərin köməkçiliyi ilə külli miqdarda ziyan vurub mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

İstintaqla, həmçinin, Nadir İsmayılovun bilə-bilə hüquq verən saxta rəsmi sənəddən istifadə edərək bankın Bakı filialının müdiri vəzifəsində işləmiş Şirinov Elşən Nizami oğluna məxsus 145 min manat məbləğində pul vəsaitini ələ keçirərək, ona külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etməsinə şübhələr üçün əsaslar müəyyən edilib.

Qeyd olunan qanunsuz əməllərə görə, Nadir İsmayılova Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.3.2 (külli miqdarda mənimsəmə), 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham elan olunaraq barəsində Binəqədi rayon məhkəməsinin qərarı ilə dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edilən qanunsuz əməllər nəticəsində dövlətə və vətəndaşlara vurulan mühüm ziyanın ödənilməsini təmin etmək məqsədi ilə Nadir İsmayılova məxsus əmlakların aşkar edilməsi istiqamətində, habelə göstərilən cinayətdə iştirak etmiş digər şəxslərin dairəsinin müəyyən edilməsindən ötrü intensiv və zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Bununla yanaşı, məlumat üçün qeyd edilməlidir ki, bu günə kimi “Zaminbank” ASC-nin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə əlaqədar Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ümumilikdə 11 şəxs barəsində yeddi cinayət işi üzrə istintaq aparılmaqla 18 milyon manatdan artıq ziyanın ödənilməsi təmin edilib. Həmin cinayət işləri müxtəlif vaxtlarda baxılması üçün məhkəmələrə göndərilib və məhkəmələrin qanuni qüvvəyə minmiş hökmləri ilə elan edilmiş ittihamlar üzrə təqsirli bilinərək müxtəlif cəzalara məhkum ediliblər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 164 07.07.20 14:50