Mojo.az Banner
16:50 Toy biznesində böhran: Şadlıq evləri mərasim zallarına çevrilir (VİDEO)  |     16:43 Bakıda BMT-nin Dördüncü İqlim Həftəsi keçiriləcək  |     16:38 Borclu şəxs qismində axtarışda olan 128 nəfər saxlanılıb  |     16:30 Amin Novruzov vəfat etdi  |     16:26 Bazar gününə olan hava proqnozu  |     16:21 Səlim Müslümovun bu evi yarı qiymətə satışa çıxarıldı  |     16:13 Çində qasırğaya görə 600 min nəfər təxliyə edilib  |     16:08 Axtarışda olan 149 nəfər saxlanıldı  |     16:01 Türkiyədə hoteldə yanğın: 12 nəfər yaralandı  |     15:51 Bakı və Abşeronda su sistemləri təkmilləşdirilir  |     15:43 Tokayev Qazaxıstanın vitse-prezidentinin səlahiyyətlərini təsdiq edib  |     15:32 Azərbaycanda qadınlarla kişilərin maaşı arasında ciddi FƏRQ  |     15:06 Bakıda "IRONMAN 70.3" yarışı ilə əlaqədar bağlanan yollar vaxtından əvvəl açıldı  |     15:02 Pul üstündə tanışlıq elanı yazanlara cəza xəbərdarlığı — Açıqlama  |     14:48 Azərbaycandan Ermənistana 977 ton dizel ixrac olunur  |     14:40 Ombudsman: Erməniəsilli məhbuslarla bağlı iddialar əsassızdır  |     14:39 Gömrükdə yeni qayda: İdxalçılar üçün əlavə xərc yaranacaq? - VIDEO  |     14:33 Hövsanda qadın avtomobilə hücum etdi, zərbələr endirdi – VİDEO  |     14:24 Rusiya Silahlı Qüvvələri Ukraynada yaşayış məntəqəsinə nəzarəti ələ keçirdi  |     14:15 Biləsuvarda toydan gələn piyadanı vuraraq öldürən avtomobilin sürücüsü SAXLANILDI (Yenilənib)  |    
Left Banner
Right Banner

Hazırda Xocalının 11 kəndinə əhalinin köçürülməsi istiqamətində işlər aparılır

31.10.2025 15:52 501
Hazırda Xocalının 11 kəndinə əhalinin köçürülməsi istiqamətində işlər aparılır
Oktyabrın 31-də Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində "Məhkəmə sisteminin inkişafının konstitusiya təminatı: müasir çağırışlar" mövzusunda konfrans keçirilib.

Bu barədə Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Məlumata görə, tədbirdən əvvəl Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov və Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsi Elçin Yusubov və Qarabağ Universitetinin rektoru Şahin Bayramov Heydər Əliyevin büstü önünə gül dəstələri qoyublar.

Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirin açılışında çıxış edən Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədr İnam Kərimov bildirib ki, Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan olunmasının dövlətçiliyin möhkəmlənməsi və hüquqi dövlətin inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Qeyd edilib ki, aparılan məqsədyönlü islahatlar məhkəmə-hüquq sisteminin inkişafına, onun müstəqilliyinin və şəffaflığının təmininə xidmət edir. Vurğulanıb ki, elektron məhkəmə sistemlərinin tətbiqi, hakimlərin seçimi mexanizmlərinin təkmilləşdirilməsi və gənclərin hüquq sahəsinə marağının artması bu sahədə mühüm nailiyyətlərdəndir.

Qeyd edilib ki, 1995-ci ildə qəbul olunmuş Konstitusiya ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə müstəqil dövlət quruculuğunun hüquqi bünövrəsini formalaşdırıb. Hazırda ölkəmizdə Konstitusiyanın ideyaları Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir. Çıxışda həmçinin məhkəmə sisteminin müasir tələblərə uyğun qurulması, innovativ texnologiyaların tətbiqi və ədalətə inamın möhkəmləndirilməsinin əsas hədəflərdən olduğu vurğulanıb.

Daha sonra çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov qeyd edib ki, Xankəndi və digər azad edilmiş ərazilər bu gün Azərbaycanın vahid hüquqi, sosial və iqtisadi məkanının ayrılmaz hissəsi kimi yenidən formalaşır. Prezident İlham Əliyevin birbaşa nəzarəti altında aparılan genişmiqyaslı bərpa, tikinti və quruculuq işləri nəticəsində artıq minlərlə ailə doğma yurduna qayıdıb və bu proses davam edir.

E.Yusubov vurğulayıb ki, Xankəndi, Ağdərə və Xocalı rayonlarını əhatə edən ərazilərdə köç planına uyğun olaraq 19 yaşayış məntəqəsində, o cümlədən Xankəndinin Kərkicahan qəsəbəsində, Ağdərənin 7, Xocalının isə 11 kəndində əhalinin köçürülməsi istiqamətində işlər aparılır.

Hazırkı dövrədək 1141 ev və mənzil təmir və bərpadan sonra sakinlərin istifadəsinə verilib, nəticədə 1141 ailə, yəni 4468 keçmiş məcburi köçkün doğma torpaqlarında daimi məskunlaşıb. Ümumilikdə isə hazırda Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında 22 mindən artıq şəxs yaşayır. O əlavə edib ki, bölgədə hər bir sakin sosial, təhsil və digər zəruri xidmətlərlə tam təmin olunub. Qarabağ Universiteti, müasir klinika, məktəb və uşaq bağçası kimi infrastruktur obyektləri əhalinin dayanıqlı məskunlaşmasına mühüm töhfə verir.

Konfransda məhkəmə sisteminin inkişafında konstitusiya təminatlarının rolu, ədalət mühakiməsinin təkmilləşdirilməsi istiqamətində aparılan islahatlar və müasir çağırışlara uyğun hüquqi mexanizmlər də müzakirə olunub.скачать dle 11.3
Mojo.az Banner