Mojo.az Banner
13:57 Laçında traktor MİNAYA DÜŞDÜ  |     13:56 NATO təlimində şok insident: Hərbçilərə atəş açıldı  |     13:55 Azərbaycan neftinin SON QİYMƏTİ  |     13:54 Rusiyada dron hücumunda ölən azərbaycanlının cənazəsi ölkəyə gətirilib  |     13:52 Narkotiki şaftalı adı ilə gömrükdən keçirmək istəyənlər İFŞA OLUNDULAR - VİDEO  |     13:50 Nazir: "Son 30 ildə Azərbaycanda mina qurbanlarının sayı 3 500 nəfəri ötüb"  |     13:47 "Qəbələ" heyətini yeni futbolçu ilə gücləndirib  |     13:44 Ceyhun Bayramov: "Biz hazırda de-fakto sülhə nail olmuşuq"  |     13:43 Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış edib  |     13:40 ÜST rəhbərindən dünyaya HƏYƏCAN TƏBİLİ: "Yeni pandemiya qaçılmazdır"  |     13:37 Bakıda 420 min manatlıq mənzili saxta sənədlərlə ələ keçirib 170 min manata satdı – MƏHKƏMƏ  |     13:31 Sabah Bakıda 29, rayonlarda 33 dərəcə isti olacaq  |     23:01 Tanınmış iqtisadçının evinə ilan girdi - Sumqayıtda təhlükəli anlar  |     22:56 Kürdəmirdə açıq ərazidə yanğın başlayıb  |     22:50 Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı  |     22:43 Hazırda istifadə edilən ödəniş kartlarına da məhdudiyyət qoyulacaq? - Açıqlama  |     22:38 Zidan QADAĞAN ETDİ  |     22:29 Rusiyaya gedən İran qazı Azərbaycandan keçəcək  |     22:23 Bakı metrosunda HƏYƏCANLI ANLAR: Sərnişin relslərə düşdü  |     22:18 Ağaclar qanunsuz kəsildi, təbiətə 225 min manatdan çox ziyan vuruldu  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişiklik edilir

31.10.2025 12:50 1 002
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişiklik edilir
Iqtisadi fəaliyyət sahəsində olan cinayətlərə aid olan Cinayət Məcəlləsinin "İnhisarçılıq hərəkətləri və rəqabəti məhdudlaşdırma" maddəsinin də həm adı, həm də dispozisiyasına dəyişiklik edilir.

Sözügedən məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə əsasən, təsərrüfat subyektlərinin digər rəqibləri bazardan kənarlaşdırmaq və ya yeni rəqiblərin bazara daxil olmasının qarşısını almaq məqsədilə rəqabəti məhdudlaşdıran vasitələrin tətbiqi barədə kartel sövdələşməsi, belə sövdələşmədə iştirak etmə, yaxud rəqabətin qarşısının alınmasına, aradan qaldırılmasına və ya məhdudlaşdırılmasına səbəb olan və ya səbəb ola bilən bazar maneələrini yaratma, məhdudlaşdırıcı fəaliyyəta vasitələrindən istifadə etmə və ya digər inhisarçılıq hərəkətlərini etmə qanunvericiliyə uyğun cəzalandırılır.

Təklif edilən dəyişikliyə əsasən, rəqabət qanunvericiliyinin pozulması, yəni qanunla yol verilən hallar istisna olmaqla rəqabəti məhdudlaşdıran üfüqi və şaquli sazişlərin bağlanması, uyğunlaşdırılmış bu cür hərəkətlərin edilməsi və ya hökmran mövqedən sui-istifadə etmə, bu əməllər xeyli miqdarda ziyan vurmaqla və ya xeyli miqdarda gəlir əldə etməklə törədildikdə müvafiq cəza tətbiq ediləcək.

Mövcud qanunvericiliyə əsasən, bu əməllər üzrə "xeyli miqdar" dedikdə 10 min manatdan 50 min manatadək olan məbləğ, "külli miqdar" dedikdə 50 min manatdan artıq olan məbləğ başa düşülür.

Təklif edilən dəyişikliyə əsasən bu əməllər üzrə "xeyli miqdar" dedikdə 200 min manatdan yuxarı, lakin 500 min manatdan artıq olmayan məbləğ, "külli miqdar" dedikdə 500 min manatdan yuxarı, lakin 1 milyon manatdan artıq olmayan məbləğ, "xüsusilə külli miqdar" dedikdə 1 milyon manatdan yuxarı olan məbləğ başa düşüləcək.

Qeyd edək ki, layihədə yuxarıdakıların da yer aldığı "İnhisarçılıq hərəkətləri məhdudlaşdırma rəqabəti" maddəsinin adının "Rəqabəti məhdudlaşdırma" kimi dəyişdirilməsi təklif edilir.

Qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
//oxu.azскачать dle 11.3
Mojo.az Banner