Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

Tanınmış iqtisadçının evinə ilan girdi - Sumqayıtda təhlükəli anlar

25.09.2026 23:01 417
Tanınmış iqtisadçının evinə ilan girdi - Sumqayıtda təhlükəli anlar
Tanınmış iqtisadçı Günay Hüseynovanın evindən ilan çıxıb.

Bu barədə iqtisadçı özü Lent.az-a məlumat verib.

O bildirib ki, Sumqayıt şəhərində yerləşən binadakı evinə ilan daxil olub.

“Mən, hazırda Azərbaycanda deyiləm. Mənzilim Sumqayıtda beşinci mərtəbədə yerləşir. Evin boş qalmaması üçün yaxın qohumuma orada qalmasını bildirmişəm. Uşaq gecə mənə zəng edib ki, şkafın arxasında ilan quyruğu görüb, qorxusundan qapını bağlayıb, ev geyimində həyətə çıxıb. Mənzilə qayıdanda ilanı təkrar görüb. Gecə bütün qurumlara zəng edib ki, evə girə bilmir, gəlib ilanı evdən çıxarsınlar, amma heç birindən cavab gəlməyib. Axşamdan bəri mən də müvafiq qurumlarla danışsam da, heç biri tədbir görməyib. Uşaq məcburiyyətdən parkda gecələyib. “JEK”ə müraciət edəndə bildirirlər ki, maksimum bloku dezinfeksiya edə bilərlər. Axı ilan evdədir. Bloku bu saatdan sonra dezinfeksiya edilməsi ilanı evdən çıxarmayacaq. Digər blokdakı qonşunun evindən aylar öncə ilan çıxmışdı. Bundan iki gün əvvəl də ikinci mərtəbədə yaşayan qonşu evində ilan tapıb. Ümumiyyətlə, binanın bloku və ətrafı antisanitar vəziyyətdədir. Binanın qarşısı qamışlıqdır. Qamışlığın bir tərəfi hasarlanıb, qalan yerləri isə bataqlıq kimi qalır. Heç kim həmin ərazini təmizləmir, buna görə də ilan və digər həşəratlar evlərə gəlir”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxlanılıb. Onlar da qeyd edib ki, Bioloji Biomüxtəlifliyin Qorunması Xidməti də bu məsələyə müdaxilə edə bilmir.

Daha sonra Sumqayıt rayon İcra Hakimiyyəti ilə əlaqə saxlanılıb. Qurumdan bildirilib ki, ərazi Şirvan yaşayış massivindədir, məsələ ilə bağlı Mənzil İstismar Sahəsinə məlumat verilib.

Qeyd edək ki, həmin mənzilin yerləşdiyi ərazi güclü yağışlar zamanı suyun altında qalmışdı.

Son xəbərlər