Mojo.az Banner
22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |     20:24 Samir Bağırov səhnəyə qayıtdı - YENİ KLİPİ (VİDEO)  |    
Mojo.az Avto
Mojo.az Avto

Nazir: "Son 30 ildə Azərbaycanda mina qurbanlarının sayı 3 500 nəfəri ötüb"

26.09.2026 13:50 123
Nazir:
"Son 30 il ərzində mina qurbanlarının ümumi sayı 3 500 nəfəri ötüb".

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının ümumi müzakirələrində çıxışında deyib.

Nazir qeyd edib ki, Azərbaycan ərazilərinin minalar və digər partlayıcı qurğularla genişmiqyaslı çirkləndirilməsi ciddi mane olaraq qalmaqdadır: "Bu, bərpa və qayıdış prosesini əhəmiyyətli dərəcədə çətinləşdirir. 2020-ci ildə ərazilərin işğaldan azad edilməsindən sonra qadın və uşaqlar da daxil olmaqla, 400-dən çox insan mina qurbanına çevrilib.

Bu problemin miqyasını nəzərə alaraq, Azərbaycan mina təmizləmə fəaliyyətini insan hüquqlarının təmin olunması üçün zəruri ilkin şərt hesab edir və humanitar mina təmizlənməsini özünün 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi kimi rəsmən bəyan edib.

Eyni qaydada, münaqişə nəticəsində itkin düşmüş təxminən 4 000 azərbaycanlının taleyi və yerinin müəyyən edilməsinin zəruriliyi təkcə hesabatlılıq, qurbanların və onların ailələrinin hüquqları baxımından deyil, həm də münaqişədən sonrakı barışıq və normallaşma prizmasından mühüm əhəmiyyət daşıyır.

Getdikcə mürəkkəbləşən qlobal çağırışların qarşısında bizim kollektiv cavabımız inklüziv, ədalətli və universal olmalıdır.

Azərbaycanın özünün təcrübəsi məhz bu prinsipləri ehtiva edir. Bizim cəmiyyətimiz müxtəlif etnik, mədəni və dini icmaların əsrlər boyu davam edən dinc yanaşı yaşamasından qaynaqlanaraq, təbiətən multikultural və çoxkonfessiyalı cəmiyyətdir".скачать dle 11.3
Mojo.az Banner