Mojo.az Banner
23:01 Şamaxıda gecəyarısı vətəndaşın obyektini sökən şirkət kimindir? (VİDEO)  |     22:57 Zirzəmidə yıxılıb çarəsiz qalan şəxs xilas olundu (VİDEO)  |     22:51 Azərbaycanda uzunömürlülərin sayı - MARAQLI STATİSTİKA  |     22:45 Ceyhun Bayramovla Marko Rubio arasında telefon danışığı aparıldı  |     22:40 Türkiyədə iki futbol hakimi həbs olundu  |     22:31 Ucarda şagirdin məktəbdən kənarlaşdırılması narazılıq yaradıb - VİDEO  |     22:26 Xalq artisti xəstəxanadan evə buraxıldı  |     22:20 Saturn Yerə ən yaxın mövqeyindədir: Bu gecə onu necə görmək olar?  |     22:12 Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü  |     22:08 Zəngəzurda saxlanılan azərbaycanlı hərbçi İrəvanda xəstəxanaya yerləşdirildi  |     21:51 Bakıda torpağın qiyməti kəskin artdı - Ən çox bu rayonda bahalaşıb  |     21:50 "Azəriqaz"ın adından 10 min manatlıq dələduzluq  |     21:46 Azərbaycanda uşaqların gözü qarşısında qadını bağçanın həyətində vəhşicəsinə bıçaqladılar - Hadisə baş verən ərazidən görüntülər  |     21:44 Məşhur türk aktrisası vəfat etdi  |     21:37 Avtomobil sürmək üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? (VİDEO)  |     21:34 Məşhur biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində yeni adlar  |     21:19 Tünd çörək həmişə çovdar çörəyi deyil: Seçim zamanı səhvə yol verməyin  |     21:18 ANS-in keçmiş işçisi bu televiziyaya direktor təyin olundu  |     21:08 "Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi  |     21:07 Bakıda məktəbli sinif yoldaşını qətlə yetirdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Vətən müharibəsindən sonra mina qurbanlarının sayı 427-yə çatıb

09.06.2026 21:37 381
Vətən müharibəsindən sonra mina qurbanlarının sayı 427-yə çatıb
Azərbaycanda geniş yayılmış mina çirklənməsi məcburi köçkünlərin təhlükəsiz qayıdışına, azad olunmuş ərazilərin bərpasına və iqtisadi inkişafa ciddi maneə olaraq qalır.

Bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev "X" sosial şəbəkəsindəki paylaşımında bildirib.

Onun sözlərinə görə, minalar Ermənistan–Azərbaycan münaqişəsinin ən ağır miraslarından biridir və döyüşlər başa çatdıqdan sonra da insan həyatına təhlükə yaratmağa davam edir.

Hikmət Hacıyev qeyd edib ki, 2020-ci il noyabrın 10-dan 2026-cı il iyunun 9-dək Azərbaycanda 264 mina hadisəsi qeydə alınıb. Nəticədə 427 nəfər mina partlayışının qurbanı olub. Onlardan 73-ü həyatını itirib, 354 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Prezidentin köməkçisi bildirib ki, mina qurbanları arasında 231 mülki şəxs və 196 hərbçi var. O əlavə edib ki, 1991-ci ildən bəri mina qurbanlarının ümumi sayı 3 500 nəfəri ötüb. Onların arasında 362 uşaq və gənc, həmçinin 38 qadın yer alır.

Hikmət Hacıyev vurğulayıb ki, minatəmizləmə fəaliyyəti yalnız təhlükəsizlik məsələsi deyil, eyni zamanda humanitar zərurət və dayanıqlı yenidənqurma üçün əsas şərtlərdən biridir.скачать dle 11.3
Mojo.az Banner