Mojo.az Banner
23:01 Bakıda keçiriləcək güləş üzrə dünya çempionatının medalları təqdim olunub  |     22:53 Mikayıl Cabbarov iclas keçirdi  |     22:48 Dövlət dəstəyi alacaq özəl bağçalar necə seçiləcək? - DETALLAR  |     22:40 Latviya Rusiyaya etiraz notası təqdim etdi  |     22:34 Dünya çempionu olsalar da, rekord məbləğdə vergi ödəyəcəklər  |     22:27 Netanyahu iyulun 27-də Trampın dəvətilə Vaşinqtona səfər edəcək  |     22:22 Bağlanacağı deyilən Bakı Qızlar Universitetindən açıqlama  |     22:15 Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib  |     22:08 Şəmkirdə 12 yaşlı qız bıçaqlanıb öldürüldü  |     21:59 "Biləcəri" dairəsində yanğınla bağlı qoyulan məhdudiyyət aradan qaldırıldı  |     21:54 Bakıətrafı qəsəbələrin dəmir yolu şəbəkəsi genişləndirilir - VİDEO  |     21:46 Xocalı faciəsini "Haray"la dünyaya çatdıran rejissorun doğum günüdür  |     21:40 Türkiyədə miqrant əməliyyatı: Azərbaycan vətəndaşı saxlanıldı  |     21:32 "Flora xanım səhhətinə görə təmtəraqlı yubiley təklifindən imtina etdi"  |     21:27 Evini sığortalamayanları nə gözləyir?  |     21:19 Qocalmanın qarşısını ala bilsək, insan nə qədər yaşaya bilər? - Alimlər hesabladı  |     21:14 Şəki məktəbi şagird yoxdur deyə bağlanır? - Rəsmi açıqlama  |     21:08 Vaxtı bitmiş içkilərə “yeni tarix” qoydular – AQTA aşkarladı (VİDEO)  |     20:55 Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - Video  |     20:46 Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib  |    
Left Banner
Right Banner

Türkiyədən Azərbaycana gətirilən energetik içkilərdəki maddə orqanizmdə ciddi fəsadlara səbəb ola bilər

31.10.2025 12:31 417
Türkiyədən Azərbaycana gətirilən energetik içkilərdəki maddə orqanizmdə ciddi fəsadlara səbəb ola bilər
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan nəzarət tədbirləri zamanı "Orxan 011" MMC-nin Türkiyədən idxal etdiyi "Paril Gida Alkoqolsuz Fonksiyonal İçecekler" müəssisəsinin istehsalı olan "Nitro Max" əmtəə nişanlı energetik içki məhsulu partiyalarında dərman vasitələrinin tərkibində istifadə olunan sildenafil maddəsi aşkarlanıb.

Bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, faktla bağlı qanunuvericiliyə uyğun müvafiq tədbirlər görülərək məhsul partiyalarının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi barədə qərar qəbul edilib.

Qeyd edək ki, sildenafil maddəsi bəzi orqan və sistem xəstəliklərinin müalicəsində istifadə olunur. Həkim nəzarəti olmadığı halda insan həyat və sağlamlığına mənfi təsir göstərərək ciddi fəsadlar törədə bilər. Sildenafilin qəbulu baş ağrıları, qızdırma və ürəkbulanmaya səbəb ola bilir. Bununla yanaşı, görmənin qəfil itirilməsi və ya bulanıq görmə, nəfəs darlığı, sinədə ağrı kimi simptomlarla müşayiət edilə bilər. İnsult və ya infarkt keçirmiş, ciddi ürək və ya qaraciyər problemi olan şəxslər üçün xüsusilə təhlükəli hesab edilir.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 2017-ci il 27 iyul tarixli 34 nömrəli Qərarı ilə təsdiq edilmiş "Nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələrinin siyahısı"na daxil edilib.

"Qida təhlükəsizliyi haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, dərman vasitələri qida məhsulları anlayışına aid edilmədiyindən, qida məhsulunun tərkibində istifadəsinə yol verilmir. Dərman vasitələri yalnız həkim nəzarəti altında qəbul edilməlidir.скачать dle 11.3
Mojo.az Banner