Mojo.az Banner
23:01 Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin  |     22:56 Bu yol 20 Yanvar və “Şamaxinka”dakı nəqliyyat yükünü azalda bilər – EKSPERT - VİDEO  |     22:50 Ronaldonu belə geri qaytarmaq istəyirlər  |     22:43 Süd vəzi ağrısı nə zaman təhlükəlidir? – Mütəxəssisdən xəbərdarlıq  |     22:38 Şakiranın konserti ilk dəfə dünya üzrə canlı yayımlanacaq  |     22:30 Bu tarixədək pinqvinlər tamamilə məhv ola bilər  |     22:24 Övladınızın “WhatsApp” istifadəsinə nəzarət edə biləcəksiniz  |     22:19 Torpağa basdırılan silah-sursat üzə çıxarıldı  |     22:11 Uşaqlar yatmazdan əvvəl niyə çox danışırlar?  |     22:06 Estoniya tranzit yolunu bağladı  |     21:59 Bakıda kişi pilləkənlərdən yıxılıb öldü  |     21:51 Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb  |     21:46 "Forsaj" serial olacaq  |     21:39 “Şirvangöl” şadlıq sarayında yoxlama keçirilib  |     21:34 "FlyDubai" təyyarəsini kim xilas etdi?  |     21:28 Antibiotikin yeni zərəri üzə çıxdı - XƏBƏRDARLIQ  |     21:20 Elektron tullantılar təhlükəlidir? - Ekoloqdan AÇIQLAMA  |     21:15 Qırğızıstan ilk milli peykini kosmosa göndərdi  |     21:06 Sevgi və pulla bağlı 2 BÜRCƏ şad xəbər  |     21:00 Problemli kreditlər artır - Ekspert səbəbləri açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Koronavirusdan ölüm riskini artıran vasitələr açıqlandı

24.07.2020 15:52 1 097
Koronavirusdan ölüm riskini artıran vasitələr açıqlandı
Amerikalı alimlər koronavirus xəstələrində ölüm riskini artıran vasitələri açıqlayıblar.

Bu barədə “İzvestiya” xəbər yayıb.

Mütəxəssislərin fikrincə, xəstələrin vəziyyətini mədə xorası, qastrit və mədə qıcqırması hallarında kömək edən məşhur dərmanlar pisləşdirə bilər. Tədqiqatlar göstərib ki, COVID-19-a yoluxan və bu cür dərmanlar qəbul edən insanlar arasında ölüm halı istifadə etməyənlərlə müqayisədə 2,3 dəfə çoxdur.

Bundan əlavə, belə xəstələrin ağciyərlərin süni ventilyasiyası cihazına qoşulma riski də 2,5 dəfə artıqdır.

Rusiyalı qastroenteroloqların fikrincə, buna səbəb belə dərmanların mədə turşuluğunun səviyyəsini aşağı salmasıdır. Bu da öz növbəsində mədənin baryer funksiyasının azalmasına və bağırsaq mikroflorasında dəyişikliklərə səbəb olur. Beləliklə, virus hissəcikləri insan orqanizminə selikli qişa vasitəsilə daha fəal şəkildə nüfuz edir və xəstəliyi ağırlaşdırır.

Bundan əvvəl koronavirus infeksiyası nəticəsində ölüm riskini artıran vacib amillərdən biri kimi qanda şəkərin artması (hiperglisemiya) göstərilmişdi. Mütəxəssislərin sözlərinə görə, diabet xəstəliyi aşkarlanmayan və koronovirusa yoluxan xəstələrin qanında qlükozanın səviyyəsi ilə ölümləri arasında əlaqə aşkarlanıb.скачать dle 11.3
Mojo.az Banner