Mojo.az — elanlar
Son Xəbərlər
23:16 Leyla Əliyeva Türkmənistan səfərindən paylaşım edib - Foto  |     22:45 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:40 Baş həkim olmaq istəyən şəxs 10 min manatlıq dələduzluqla üzləşdi  |     22:34 Gəmidə marixuana ilə tutulan dənizçiyə hökm oxundu  |     22:26 "Vef Plus" mağazasından 750 manatlıq oğurluq  |     22:21 7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu  |     22:13 Səhər və axşam yeməyinin vaxtı ömrün uzunluğuna təsir edir (ARAŞDIRMA)  |     22:08 Fransaya getmək istəyən Azərbaycan vətəndaşlarına xəbərdarlıq  |     22:01 Şəmkirdə yeni heyvan satışı bazarı fəaliyyətə başladı  |     21:56 "Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert  |     21:50 Bu marşrut üzrə əlavə qatar reysləri təşkil ediləcək - CƏDVƏL  |     21:41 Məhkəmə Köçəryanla bağlı yeni qərar verəcək  |     21:36 Vətən müharibəsindən sonra minaya düşənlərin sayı açıqlandı  |     21:29 Nigeriyada 103 "Boko Haram" üzvü öldürüldü  |     21:24 Rayon prokuroru təyin edilən şəxs bu tanınmış hakimin oğludur  |     21:15 Azərbaycan ərazisi ilə 12 milyon tondan çox tranzit yük daşınıb  |     21:10 İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb  |     21:10 Sabah yağış yağacaq  |     21:03 Bu qidalar bağırsaq xərçəngi riskini artıra bilər - TƏDQİQAT  |     20:55 Astarada kişi pilləkəndən yıxılaraq öldü  |    
Mojo.az Avto
Mojo.az Avto

Ömrün uzanması üçün həftə ərzində yeyiləcək yumurta sayı açıqlandı

06.02.2025 12:33 1 014
Ömrün uzanması üçün həftə ərzində yeyiləcək yumurta sayı açıqlandı
Yumurtanın mülayim miqdarda istehlakı yaşlı insanlarda ürək-damar xəstəliklərindən ölüm riskini demək olar ki, 1/3 qədər azalda bilər.

Avstraliyalı alimlər apardıqları araşdırmadan sonra bu qənaətə gəliblər. Tədqiqat "Nutrients" elmi jurnalında dərc olunub.

Mütəxəssislərin nəticələri "ASPREE Longitudinal Study of Older Persons" (ALSOP) elmi layihəsində iştirak edən 70 yaş və daha yuxarı yaşda olan 8756 yetkin şəxsin məlumatlarına əsaslanır.

Tədqiqat iştirakçıları yumurta istehlakının tezliyi barədə məlumat veriblər: heç vaxt/nadir hallarda (ayda 1-2 dəfə), həftəlik (həftədə 1-6 dəfə) və ya gündəlik (hər gün/gündə bir neçə dəfə).

Alimlər aşkar ediblər ki, yumurtanı nadir hallarda və ya heç vaxt istehlak etməyənlərlə müqayisədə həftədə 1-6 dəfə yumurta yeyənlərdə bütün səbəblərdən ölüm riski 15%, ürək-damar xəstəliklərindən ölüm riski isə 29% daha aşağı olub.

"Yumurta yüksəkkeyfiyyətli zülal, "B" qrupu vitaminlər, doymamış yağ turşuları, xolin və digər vacib mikroelementlərlə zəngin olan qidalı məhsuldur. Onlar, xüsusilə, yaşlı insanlar üçün faydalıdır, çünki fiziki funksiyaların yaşla əlaqəli azalması ilə üzləşə bilərlər" - deyə alimlər bildiriblər.

Tədqiqat həmçinin göstərdi ki, qidalanma keyfiyyəti orta və ya yüksək olan yaşlı insanlarda rasiona yumurta əlavə etmək ürək-damar xəstəliklərindən ölüm riskini müvafiq olaraq 33% və 44% azaldır.
//oxu.az

Son xəbərlər