Mojo.az Banner
23:00 Azərbaycanda 4 günlük iş həftəsi mümkündürmü?  |     22:49 İranda yanacaqdaşıyan maşının partlaması nəticəsində 10 nəfər ölüb  |     22:35 Bu bürclər üçün qeyri-adi günlər başlayır  |     22:26 Kəlbəcərdə avtomobil çaya düşüb, sürücü xəsarət alıb - (Foto)  |     22:18 İnsan saçı qalınlığındakı kristallar 454 milyon illik sirri açdı  |     22:11 ABŞ İranın 3 neft tankerini vurdu  |     22:05 Əməkdar həkim vəfat etdi  |     21:58 Türkiyəli müğənni Tuğba Ekinci saxlanıldı  |     21:52 Kremldə Putinlə Uitkoff və Kuşner arasında görüş başlayıb - VİDEO  |     21:41 Yəməndə baş verən toqquşmalarda 60-dan çox insan ölüb  |     21:32 Ən qonaqpərvər BÜRCLƏR  |     21:22 İranda neft tanker partlayıb, on nəfər ölüb  |     21:15 Türkiyəli müğənni Tuğba Ekinci saxlanıldı  |     20:59 Ayfon-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu  |     20:51 Premyer Liqa: "Sabah" "Zirə"ni darmadağın etdi  |     20:46 Azərbaycanda bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?  |     20:22 Turizm səfərləri təşkil etmək adı ilə vətəndaşları aldadan şəxs həbs edilib  |     20:20 Məşhur türkiyəli aktyor evində ölü tapıldı  |     20:02 Zelenski: "Ukrayna Moskvaya zərbələri dayandırmağa hazırdır"  |     20:00 Azərbaycanda müəllim vəfat etdi  |    
Left Banner
Right Banner

Qəfil arıqlamaq hansı insanlar üçün təhlükəlidir?

18.03.2025 14:26 549
Qəfil arıqlamaq hansı insanlar üçün təhlükəlidir?
Qəfil arıqlama ürək və damar xəstəlikləri olan insanlarda ölüm riskini 54% artırır.

Median.Az
-ın "Gazeta.ru"ya istinadən xəbərinə görə, İngiltərənin Raskin Universitetinin alimləri bu qənaətə gəliblər.

Elmi araşdırmanın nəticələri "Heart" jurnalında dərc olunub.

Tədqiqatda Böyük Britaniyadan piylənmə və ürək-damar xəstəliklərindən əziyyət çəkən 8297 könüllü iştirak edib. 14 il ərzində sınaqda iştirak edənlər müşahidə edilib, zaman ərzində onların çəkilərindəki dəyişikliklər izlənilib.

Nəticələr göstərib ki, tədqiqat dövründə çəkisi 10 kq-dan çox artanlarda ürək-damar xəstəliklərindən ölüm riski üç dəfə, bütün səbəblərdən ölüm riski isə təxminən iki dəfə yüksək olub və bu da sabit çəki saxlayanlara nisbətən iki dəfə çoxdur.

Alimlərin sözlərinə görə, ürək və damarların sağlamlığının qorunmasında çəki sabitliyi əsas rol oynayır. Çəkini azaltmaq zərurəti yaranarsa, proses yavaş templə getməlidir.

Tədqiqatçılar həmçinin arıqlama üçün inyeksiya preparatlarının istifadəsi barədə də xəbərdarlıq ediblər, çünki məhz bu preparatlar adətən potensial dərəcədə təhlükəli sürətli çəki itkisinə səbəb olur.скачать dle 11.3
Mojo.az Banner