“Gənclər arasında narkomanlığa qarşı mübarizənin gücləndirilməsi” mövzusunda onlayn konfrans keçirilib » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:26 Namiq Qaraçuxurlu Rusiya sərhəddində saxlanıldı  |     20:19 UEFA Çempionlar Liqasının final matçının başlama vaxtını dəyişdirib  |     20:02 Salyanda Kür çayında yaşlı kişi meyiti tapılıb  |     19:57 Kiyevdə azərbaycanlı Rusiyanın raket zərbələri nəticəsində həlak olub  |     19:49 Ombudsman: Ağdamda işgəncəyə məruz qalmış azyaşlıların vəziyyəti nəzarətdə saxlanılır  |     19:44 Monitorinqlər çərçivəsində 20 su emalı müəssisəsində mikrobioloji çirklənmə aşkarlanıb  |     19:36 Azərbaycan və Qazaxıstan birgə bədii film çəkəcəklər  |     19:30 Hacıqabulda minik avtomobillərinin istehsalı son 3 ildə 4 dəfəyə yaxın artıb  |     19:25 Bakı ilə İrəvan arasında normallaşma prosesi Gürcüstanda müzakirə edilib  |     19:19 Naxçıvanda su abonentlərinin müştəri kodları yenilənəcək  |     19:10 Ukraynada sülh prosesinin perspektivləri müzakirə edilib  |     19:03 Sabah 39 dərəcə isti olacaq - PROQNOZ  |     18:59 Azərbaycanın sığorta bazarı 13 %-ə yaxın böyüyüb  |     18:51 Avtomobillə alimi vurub öldürməkdə təqsirləndirilən həkim Azər Maqsudovun məhkəməsində barışıq üçün pul təklif edilib  |     18:45 26 ölkənin lideri Çinə səfər edəcək  |     18:37 Bir gündə Günəşdə ən azı 100 yeni ləkə peyda olub  |     18:31 Polşanın keçmiş səhiyyə naziri COVID-19-a görə döyülüb  |     18:27 Anasının məzar daşını düzəltdirmək üçün oğurluq etdi  |     18:20 Bakıda keçiriləcək Dünya Şəhərsalma Forumunun məkanı bəlli oldu  |     18:12 Sabirabad sakini 87 yaşlı anasını güllələyərək yaralayıb, özünü isə öldürüb  |    

“Gənclər arasında narkomanlığa qarşı mübarizənin gücləndirilməsi” mövzusunda onlayn konfrans keçirilib

26 iyun - Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü ilə əlaqədar Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə “Gənclər arasında narkomanlığa qarşı mübarizənin gücləndirilməsi” mövzusunda onlayn konfrans keçirilib.

Gənclər və İdman Nazirliyinin Mətbuat katibi Səmayə Məmmədova Oxu.Az-a bildirib ki, tədbirdə Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədov, Gənclər və İdman naziri Azad Rəhimov, Milli Məclis sədrinin müavini, Gənclər və İdman Komitəsinin sədri Adil Əliyev, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis polkovniki İslam Hümbətov, “Narkotiklərə qarşı təbliğat” İctimai Birliyinin sədri, Milli Məclisin deputatı Məzahir Əfəndiyev, Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun Prezidenti, Dövlət Komissiyasının üzvü Rauf Zeyni, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova və digər şəxslər iştirak ediblər.

Bildirilib ki, bu sosial bəlanın aradan qaldırılması məqsədilə üç Dövlət Proqramı icra olunub, 2019-cu ildən etibarən isə dördüncü Dövlət Proqramı həyata keçirilməkdədir.

Azad Rəhimov qeyd edib ki, gənclərin layiqli vətəndaş kimi tərbiyə olunması, onlar arasında sağlam həyat tərzinin təbliği Azərbaycan Respublikasında həyata keçirilən dövlət gənclər siyasətinin əsas vəzifələrindən biridir. Vurğulanıb ki, Prezident İlham Əliyev tərəfindən imzalanan “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nda gənclərin sağlamlığının qorunması və həssas qruplardan olan gənclərə dövlət dəstəyi sahəsində tədbirlərin reallaşdırılması nəzərdə tutulub. Bildirilib ki, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nda bu istiqamətdə fəaliyyətin daha da genişləndirilməsi vəzifə kimi aidiyyəti orqanlara tapşırılıb. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” bu istiqamətdə həyata keçirilməli olan kompleks tədbirləri müəyyən edib.

O bildirib ki, Nazirlik tərəfindən ilk dəfə “Həyatla oyun” adlı tamaşa 2012-ci ildə səhnələşdirilib. Tamaşa ictimaiyyət tərəfindən hədsiz maraqla qarşılanıb. 2012-2019-cu illər ərzində Bakı şəhəri və respublikanın digər rayon və şəhərlərində 19-dan çox Gənclərin Fiziki Aktivlik və Sağlamlıq Festivalı keçirilib. Festivallar çərçivəsində məktəblilər arasında yarışlar baş tutub, bir sıra idman növləri üzrə fəaliyyətlər nümayiş etdirilib.

2017-2019-cu il ərzində respublikanın 16 rayonunda “Sağlam gələcək üçün zərərli vərdişlərə qarşı birləşək!” devizi altında maarifləndirici tədbirlər keçirilib. Bu tədbirlərdə üç minə yaxın yeniyetmə və gənc iştirak edib.

Bununla yanaşı, nazirliyin Bakı şəhəri və ölkəmizin digər rayon və şəhərlərdəki yerli idarələri, eyni zamanda gənclərin qeyri-hökumət təşkilatları tərəfindən də gənclər arasında sağlam həyat tərzinin təbliği ilə bağlı tədbirlər mütəmadi olaraq həyata keçirilir. 2016-cı ildə “Narkomaniya ilə mübarizədə gənclər təşkilatlarının rolu” mövzusunda konfrans və sərgi, 2018-ci il də isə “Narkomanlığa qarşı mübarizə mövzusunda gənc jurnalistlər arasında ən yaxşı müəllif yazıları müsabiqəsi”si Komissiya ilə birgə təşkil olunub.”

Videokonfransda qeyd edildi ki, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının, Gənclər və İdman Nazirliyinin və digər dövlət qurumlarının narkomaniyaya qarşı mübarizə işinə öz töhfəsini vermək üçün bütün imkanlarını bundan sonra da səfərbər edəcək, bu istiqamətdə fəaliyyətini məqsədyönlü şəkildə davam etdirəcək.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 501 25.06.20 19:13