Mojo.az Banner
17:29 Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO  |     17:24 İldə 20 min manatdan çox pul köçürə bilməyəcəksiniz - YENİ QƏRAR (Yenilənib)  |     17:20 Bakıda elektron qəlyana görə adam öldürməyə cəhd edən yeniyetməyə HÖKM OXUNDU  |     17:18 Qonşular dörd uşaq anasının qətlindən danışdılar: "Xoşbəxt görünürdülər, daxildə nə olub, bilmirik" - VİDEO  |     17:13 Azərbaycanda terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə ilə bağlı YENİ LAYİHƏ  |     17:12 Qanunda dəyişiklik: Satınalma müqavilələri elektron formada rəsmiləşdiriləcək  |     17:08 Nəvəsinin sevgilisini bıçaqlayan 78 yaşlı kişi: "İki bıçaq qırıldı, üçüncünü götürdüm"  |     17:00 Dilan Polat yenə saxlanıldı  |     16:03 Günəşdə güclü partlayışlar: Maqnit qasırğası gözlənilir  |     14:57 Elman Rüstəmov məşhur restoranını SATDI  |     14:55 Azərbaycanın bu ölkə ilə viza rejimi ləğv edilir  |     14:53 Onlar vergidən 20 il azad edildilər  |     14:52 Rusiyada məşhur repçi Ciqana qarşı araşdırma başlanıldı  |     14:51 Vətəndaşların NƏZƏRİNƏ: Bu şəxslərə işgüzar səfər vizası veriləcək  |     14:46 Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır  |     14:45 Azərbaycanda məktəblinin meyiti tapıldı  |     14:40 Qaçırıldığı deyilən "Flydubai" təyyarəsində əslində nə baş verib?  |     14:36 Aİ-92 və dizelin qiyməti artacaq?  |     14:31 Yas mərasimləri neçə saat davam etməlidir?– AÇIQLAMA  |     14:27 Lahorda azərbaycanlı qadının zorakılığa məruz qalması ilə bağlı AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Professordan “kondisioner icazəsi”nə SƏRT ETİRAZ: “Bunun nəticəsi ağır olacaq”

11.06.2020 16:53 1 227
Professordan “kondisioner icazəsi”nə SƏRT ETİRAZ: “Bunun nəticəsi ağır olacaq”
“Karantin qaydaları yumşaldıldıqdan sonra insanlar sərbəst, maskasız gəzdilər, heç bir sosial məsafə gözləmədilər”.

Median.Az
xəbər verir ki, bu fikirləri Yenicag.az-a açıqlamasında Nazirlər Kabinetinin yanında Operativ Qərargahın tibbi bölməsi ilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) ictimai nəqliyyatda sərinləndirmə sistemlərinin işə salınmasına icazə verilməsi haqda qərarını şərh edən professor Adil Qeybulla deyib.

Professorun sözlərinə görə, bu qərar ölkədə virusa yoluxma statistikasının kəskin artımına səbəb olacaq:

“Havaya hər hansı virus qarışıbsa, bu zaman o, yerə çökür. Əgər yox, havaya düşən virus kondisioner tərəfindən sovurulursa, o, yenidən otağa verilir. Bununla çox insan virusa yoluxa bilər. İndiki situasiyada qapalı məkanda kondisionerin işləməyi çox təhlükəlidir. Xüsusilə də nəzərə alsaq ki, avtobuslardan ayrı-ayrı kontingent istifadə edir.

Bu gün Azərbaycanda yoluxma potensialı kifayət qədər yüksəkdir. Yoluxanların demək olar, əlli faizini Abşeron yarımadasında yaşayan insanlar təşkil edir. Çünki karantin qaydaları yumşaldıldıqdan sonra insanlar sərbəst, maskasız gəzdilər, heç bir sosial məsafə gözləmədilər.

Bunun nəticəsində artıq bir-birilərini xeyli yoluxdurublar. Klinik əlamətləri müşahidə olunmayan şəxslərin də aramızda olduğunu nəzərə alsaq, bunun ağır nəticəsini yaxın vaxtlarda görəcəyik.

İndiki halda avtobuslarda kondisionerlərin işə salınması qəti olaraq məqsədəuyğun deyil. Avtobuslardan mümkün qədər sosial məsafə gözlənilərək az adam istifadə etməli, ayaqüstə adam olmamalı və avtobuslarda təbii ventilyasiya işləməlidir, yəni pəncərələr açıq olmalıdır. Düzdür, bu, diskomfortdur, ancaq bu günə qədər komfortla yaşamamışıq ki...”скачать dle 11.3
Mojo.az Banner