Mojo.az Banner
15:33 Rusiyada təhsil almaq istəyən azərbaycanlı tələbələrlə bağlı diqqətçəkən AÇIQLAMA  |     15:31 Manatın ucuzlaşması nələrə təsir edəcək? Dərmandan turizmə qədər...  |     15:28 Keçmiş sevgililər geri qayıda bilər, amma... – Astroloqdan XƏBƏRDARLIQ  |     15:25 Jurnalist Əvəz Zeynallı vəfat etdi  |     13:33 LEYSAN olacaq, bəzi ərazilərə qar yağacaq  |     13:20 Bakının bəzi mərkəzi küçələrində avtomobillərin hərəkəti hər gün məhdudlaşdırılacaq - FOTO  |     13:03 Ukraynada həlak olan Azərbaycan vətəndaşının nəşi ölkəyə gətiriləcək  |     12:47 24 yaşlı qadının ölümünə səbəb olan həkim bir il həbsxanada qalacaq  |     12:44 "5 milyon qazansa da, gözü əlavə 100 manatdadır" – SOSİOLOQ  |     12:34 Fermerlərin NƏZƏRİNƏ: Yeni güzəştlərlə bağlı QƏRAR İMZALANDI  |     12:14 Sakinlərin NƏZƏRİNƏ: Bakının bəzi ərazilərində qaz olmayacaq  |     12:03 Kəndlərdə qızların erkən ərə verilməsinin səbəbləri AÇIQLANDI  |     12:01 Keçmiş yeznəsini qız adı ilə "TikTok"da aldadıb evə çağırdı  |     11:39 Prezidetin ali xüsusi rütbə verdiyi Sənan Paşayev kimdir? - DOSYE  |     11:14 Bir qrup prokurorluq əməkdaşına medallar verildi - SƏRƏNCAM  |     19:35 "Formula-1"in keçdiyi küçələrdə nəqliyyatın hərəkəti TAM bərpa olunub  |     22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda polis öz övladının qidasını xəstə uşaq üçün apardı - VİDEO

08.06.2020 12:45 2 221
Bakıda polis öz övladının qidasını xəstə uşaq üçün apardı - VİDEO
Bakıda polis öz övladının qidasını xəstə uşaq üçün gətirib.

Hadisə bu gün paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb.

Ərazidə yaşayan vətəndaş Daxili İşlər Nazirliyinin 102 Qaynar xətt xidmətinə müraciət edərək evində azyaşlı xəstə uşağının qidasının qurtardığını və uşağın acından ağladığını bildirib.

102 xidməti dərhal məsələyə reaksiya verib və müraciət Nərimanov rayon Polis İdarəsinə yönləndirilib. Məlumat əsasında Nərimanov rayon Polis İdarəsinin əməkdaşları dərhal hadisə yerinə yollanaraq ünvanı müəyyən edib və həqiqətən də xəstə uşağın qidasının bitdiyinin şahidi olublar.

Paytaxt ərazisində aptek və mağazalar açıq olmadığından polis əməkdaşları uşaq qidası tapa bilməyib. Çarəsiz qalan polis əməkdaşlarından biri xidməti ərazini icazə ilə tərk edərək evinə yollanıb. Polis əməkdaşı yaşadığı evdən öz övladının qidasını götürərək, əraziyə qayıdıb və həmin qidanı azyaşlının ailəsinə təqdim edib.

Gənc ailə polisin bu xeyirxah əməlinə görə həmin polisə və daxili işlər orqanları əməkdaşlarına minnətdarlığını bildirib.


скачать dle 11.3
Mojo.az Banner