Mojo.az Banner
13:54 Misli Premyer Liqası: Beşinci turun son matçı - "Şəfa" "Sabah"a qarşı  |     13:53 Saatlarla oturanların diqqətinə: Tromb qoparaq ölümə səbəb ola bilər  |     13:51 Bərdədə bədbəxt hadisə: İki yaşlı uşaq hovuza düşüb öldü  |     13:42 Yeni tədris ilində Bakı şəhərində təhsil alacaq şagirdlərin sayı açıqlandı  |     13:40 İranın vitse-prezidenti Avstriyaya buraxılmadı - Rəsmi Tehrandan adekvat addım (Yenilənib)  |     13:34 Kirayə ev axtaran gücün DİQQƏTİNƏ: Bu ərazilər sərfəlidir  |     13:30 Xaricdə təhsil şirkətləri ilə bağlı VACİB XƏBƏRDARLIQ  |     13:28 12 manatlıq ət təhlükəlidir? – Mütəxəssisdən AÇIQLAMA  |     22:55 Yatarkən bunu edənlər diqqətli olsunlar!  |     22:47 Şəmkirdə TIR minik avtomobili ilə toqquşaraq aşdı  |     22:39 Niyə insanlar sosial şəbəkələrdə öz həyatlarını olduğundan fərqli göstərir?  |     22:31 Azərbaycan futbolunda yayın ən bahalı transferləri – SİYAHI  |     22:23 Tasnim: İran Hörmüz boğazının açılması üçün ABŞ-yə yeddi şərt təqdim edib  |     22:16 "Bu, müharibə olacaq": Putindən TƏCİLİ XƏBƏRDARLIQ  |     22:09 Bu şəxslərə əmək pensiyası xüsusi qaydada təyin olunur – AÇIQLAMA  |     22:01 Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb  |     21:57 İran və Oman Hörmüz boğazında gəmiçilik marşrutu ilə bağlı yekun razılaşma əldə edib  |     21:47 Telefondan çox istifadə edənlərin diqqətinə!  |     21:40 Dünyada yalnız bu üç nəfər pasportsuz gəzə bilir  |     21:32 Bakıda 23 yaşlı oğlan arvadını armaturla döydü - Kobud danışığa görə  |    
Mojo.az Avto
Mojo.az Avto

Dezinfeksiya tədbirləri zamanı istifadə edilən maddələr təhlükəlidir?

28.03.2020 21:33 1 480
Dezinfeksiya tədbirləri zamanı istifadə edilən maddələr təhlükəlidir?
Paytaxt ərazisində dezinfeksiya tədbirləri gücləndirilmiş rejimdə davam etdirilir. Nəinki açıq havada, eləcə də inzibati binalarda, məktəb, xəstəxanalar və digər obyektlərdə də dezinfeksiya işləri davam etdirilir.

Maraqlı məqam isə bu gün sosial şəbəkələrdə paytaxt küçələrindən birində göyərçinlərin kütləvi şəkildə ölməsi olub. Məsələ müzakirələrə səbəb oldu. Bir qrup insan quşların dezinfeksiya tədbirləri zamanı istifadə edilən maddələrin təsirindən ölə biləcəyini iddia edir.

Bəs görəsən, əslində vəziyyət necədir? Doğurdanmı dezinfeksiya tədbirləri zamanı istifadə edilən maddələr insan və heyvanlar üçün təhlükəlidir?

Oxu.Az məsələ ilə bağlı Bakı Dezinfeksiya Mərkəzinin rəhbəri Akif Məmmədov ilə əlaqə saxlayıb. O bildirib ki, dezinfeksiya tədbirlərində istifadə edilən dərmanlar aidiyyəti qurumlara Səhiyyə Nazirliyi tərəfindən paylanılır:

“Biz əsasən, qapalı müəssisələrdə - xəstəxanalar, məktəb binaları, obyektlər, bağçalar, idarələrdə dezinfeksiya işləri aparırıq. Paytaxt küçələrində dezinfeksiya tədbirlərini aidiyyəti qurumlar aparır. Ümumi olaraq qeyd edim ki, Mərkəzə dezinfeksiya tədbirləri zamanı istifadə edilən dərmanlar Səhiyyə Nazirliyindən verilir. İstifadə edilən məhlulun tərkibi təhlükəli deyil. Həmin dərmanların tərkibi laboratoriyalarda yoxlanılıb və istifadəsinə icazə verilib.

Bizə əsasən, xloramin və bromosept dezinfeksiyaedici maddələr verilir. Onların da özünün istifadə qaydaları, norması var. Həmin normalar çərçivəsində, göstərişi uyğun olaraq istifadə edilir”.

Bundan başqa, Nazirlər Kabinetinin qərarına əsasən, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən də paytaxt ərazilərində dezinfeksiya işləri davam etdirilir. Bu çərçivədə bir sıra şirkətlər tərəfindən də könüllü olaraq dezinfeksiya tədbirlərinə qoşulan sahibkarlar olub.

Onlardan biri “SAS İnşaat” MTK-nın rəhbəri Süleyman Əliyev Oxu.Az-a açıqlamasında bildirib ki, dövlətin gördüyü işlərə dəstək məqsədilə dezinfeksiya xidməti göstərən şirkətlərdən birinə müraciət edib:

“Hazırda ölkə ərazisində bir aylıq xüsusi rejim tətbiq olunur. Bu müddət ərzində aidiyyəti qurumlar tərəfindən paytaxtda, eləcə də regionlarda koronavirus təhlükəsinin yayılmasının qarşısı almaq məqsədilə ciddi tədbirlər görülür.

Dövlət qurumlarına dəstək olmaq məqsədilə şirkətin vəsaiti hesabına dezinfeksiya xidməti göstərən özəl şirkətlərdən “Şərən-N” MMC-yə müraciət etdim. Nəticədə Abşeron rayonunda bir sıra küçələrdə və parklarda, məhəlləarası yollarda dezinfeksiya tədbirləri həyata keçirdik. Xırdalan şəhərinin, Novxanı qəsəbəsinin bir hissəsi, Ceyranbatan və Masazır qəsəbələrində ətraf ərazilər isə tam şəkildə dezinfeksiya edilib.

Şirkət tərəfindən istifadə edilən dezinfeksiya məhlulunun tərkibi natrium hipoxlorid, natrium hidroksid maddələrindən ibarət olub. Dezinfeksiya işləri apardığımız ərazilərdə isə heç bir heyvan və ya quşların zəhərlənməsi, ölməsi faktı ilə rastlaşmamışıq”.

Xatırladaq ki, bu gün sosial şəbəkədə payatxt ərazisində göyərçinlərin kütləvi şəkildə ölməsi ilə bağlı foto yayılıb. Quşların hansı səbəbdən öldüyü hələlik məlum deyil.скачать dle 11.3
Mojo.az Banner