Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

Bu şəxslərə əmək pensiyası xüsusi qaydada təyin olunur – AÇIQLAMA

12.09.2026 22:09 783
Bu şəxslərə əmək pensiyası xüsusi qaydada təyin olunur – AÇIQLAMA
Əmək pensiyalarının təyinatı bütün vətəndaşlar üçün eyni qaydada həyata keçirilmir. Xüsusi əmək şəraiti, xidmət sahəsi və tutduğu vəzifəyə görə bəzi şəxslər fərqli pensiya təminatı hüququ əldə edirlər.

Bəs xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filial hansı şəxslərin əmək pensiyalarını müəyyən edir?

Median.Az bildirir ki, mövzu ilə bağlı konkret.az-a danışan beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov bildirib ki, xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filial “Əmək pensiyaları haqqında” Qanunun 9-cu və 20-ci maddələrində nəzərdə tutulan şəxslərə əmək pensiyaları təyin edir.

Onun sözlərinə görə, həmin maddələrdə nəzərdə tutulan şəxslər arasında ağır və zərərli əmək şəraitində çalışanlar da yer alır:

“Bu kateqoriyaya vəzifələri Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş müvafiq siyahıda nəzərdə tutulan, ağır və zərərli sahələrdə çalışan şəxslər daxildir”.

Mütəxəssis qeyd edib ki, xüsusi şərtlərlə əmək pensiyası təyin olunan şəxslərin dairəsi bununla məhdudlaşmır.

Onun sözlərinə görə, bu kateqoriyaya mülki aviasiya sahəsində çalışan şəxslərin müəyyən hissəsi, hərbi qulluqçular, prokurorluq orqanlarının əməkdaşları, dövlət qulluqçuları, Milli Məclisin deputatları, Mərkəzi Seçki Komissiyasının üzvləri və digər kateqoriyalara aid şəxslər də daxildir.//sfera.az

Son xəbərlər