Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:41 Siqaret təkcə ağciyər deyil, bir sıra digər orqanların da xərçənginə səbəb ola bilər | 22:34 Hövsan qəsəbəsində yolu keçmək piyadalar üçün təhlükəlidir (VİDEO) | 22:28 10 oğurluq, bir xuliqanlıq hadisəsi törətdi - Anlaqsız olduğu məlum oldu | 22:21 "Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi | 22:16 Ürək və beyin üçün ən faydalı çərəz | 22:07 Türkiyədə zəlzələ oldu | 22:02 Məşhur rejissorun ölümü ilə bağlı yarım əsr sonra cinayət işi açıldı | 21:54 Sabah Bakıda 23 dərəcə isti olacaq | 21:49 Azərbaycanda mənzillərin qiymətləri ucuzlaşacaq? - AÇIQLAMA | 21:43 Hakerlər 15 min dövlət işçisinin məlumatlarını ələ keçirdi - Sloveniyada | 21:35 Beyləqanda 27 yaşlı ustanı "tok" vurub öldürdü | 21:30 Bu yolayrıcında işıqfor quraşdırıldı | 21:26 Şəhid atası dünyasını dəyişdi | 21:17 Bu döyüş Makqreqor üçün son olacaq | 21:08 Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var | 20:55 Aqressiyanın kökündə uşaqlıqdan gələn sevgisizlik dayana bilər – MÜSAHİBƏ | 20:38 Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb, 10 nəfər saxlanılıb | 20:17 Müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq | 20:10 Prokurorluq orqanlarının veteranları təltif ediliblər | 20:08 Rusiyadan əcnəbilərin deportasiyasına səbəb olan inzibati xətaların sayı iki dəfə artırılır |
Mojo.az Avto
Mojo.az Avto

Dünyada yalnız bu üç nəfər pasportsuz gəzə bilir

12.09.2026 21:40 432
Dünyada yalnız bu üç nəfər pasportsuz gəzə bilir
Əksər insanlar xarici ölkəyə səfər etmək üçün pasporta ehtiyac duyur. Lakin dünyada bu qaydanın şamil olunmadığı cəmi üç nəfər var. Söhbət Böyük Britaniya kralı və Yaponiya imperator cütlüyündən gedir.

Median.Az 
xəbər verir ki, Böyük Britaniya monarxının xarici ölkələrə pasportsuz səfər etmək hüququ var. Kraliça II Elizabetin ölümündən sonra bu imtiyaz onun oğlu, hazırkı kral III Çarlza keçib.

Britaniya kral ailəsinin rəsmi saytında da qeyd olunur ki, monarx xarici səfərlər zamanı Britaniya pasportundan istifadə etmir.

Kral üçün adi pasport əvəzinə xüsusi sənəd nəzərdə tutulub. Həmin sənəddə xarici dövlətlərin nümayəndələrindən onun sahibinin sərbəst hərəkətinə şərait yaradılması, həmçinin ona lazımi müdafiə və yardım göstərilməsi xahiş olunur.

Bu istisna Britaniya kral ailəsinin digər üzvlərinə şamil edilmir. Onlar digər vətəndaşlar kimi səyahət zamanı pasportdan istifadə edirlər.

Yaponiya imperatorunun niyə pasportu yoxdur?

Eyni imtiyaz Yaponiya imperatoru Naruhito və onun həyat yoldaşı, imperatriça Masakoya da aiddir.

Yaponiya imperator cütlüyünün xüsusi statusu ölkənin Xarici İşlər Nazirliyinin 1971-ci ildə qəbul etdiyi sənədlə izah olunur. Həmin sənəddə imperator və ya imperatriçaya pasport verilməsinin “son dərəcə uyğunsuz” olacağı bildirilib.

Yaponiya hakimiyyəti imperator və imperatriçanın digər vətəndaşlarla eyni qaydada xarici ölkəyə giriş prosedurlarından keçməsini də uyğun hesab etmir.

Bu səbəbdən onlar xarici səfərlər zamanı pasport əvəzinə Yaponiya Xarici İşlər Nazirliyi tərəfindən təqdim edilən xüsusi sənəddən istifadə edirlər. Səfərdən əvvəl nazirlik imperator cütlüyünün gəlişi barədə gediləcək ölkəyə əvvəlcədən məlumat verməlidir.

Bu imtiyaz yalnız imperator və imperatriçaya aiddir. Yaponiya imperator ailəsinin digər üzvləri isə xarici səfərlərdə diplomatik pasportlardan istifadə edirlər

Son xəbərlər