Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:00 Fermerlərə şad xəbər: Hər heyvana görə 1000 manat verilməsi təklif edilir | 13:48 Dünyada ərzaq bahalaşması Azərbaycandakı qiymətlərə necə təsir edə bilər? | 13:31 Sərxoş sürücülərə qarşı cəzalar sərtləşdirilməlidirmi? – Hüquqşünasdan açıqlama | 13:24 Sığınacağın qarşısında dəhşət: Rusiyada azərbaycanlı gənc keçmiş sevgilisinin boğazını kəsib - Video | 13:22 71 yaşlı kişi evini fahişəxanaya çevirdi - Təfərrüat | 13:21 Azərbaycan Dublində qəbul edilən üç sənədə qoşulmadı | 13:07 "Microsoft" sistemində qlobal nasazlıq: "Outlook" 74 ölkədə çöküb | 13:06 Azərbaycan nefti ucuzlaşdı | 12:58 Mingəçevirdə parkda dava: Attraksion nəzarətçisi bıçaqlandı | 12:57 İnternatda böyüyən 11-ci sinif şagirdi market müdirini qarət etdi | 12:56 40 yaşdan sonra dişlərimiz niyə əyilir? | 12:53 "Nvidia"nın keçmiş rəhbəri ilə bağlı yeni iddia: Üçüncü qadın ortaya çıxdı | 12:38 "TikTok"da 300 min manatlıq dələduzluq: Saxlanılanlar var - VİDEO | 12:22 İkinci əl avtomobillərə tələbat artdı – Qiymətlər bahalaşır | 12:19 Cəbrayılda şirkət işçilərinin qaldığı tikilidə yanğın | 12:15 Bakı və Sumqayıtdakı xəstəxanalarda növbə ilə bağlı yenilik | 12:06 Bakı-Qazax yolunda daha bir körpü sökülür - Səbəb | 12:01 Əlillik almayan hərbçilərin sosial təminatı genişləndirilməlidir – Açıqlama | 11:52 Bakıda kütləvi dava: Üç nəfər bıçaqlandı | 11:41 Abşeronda 89 yaşlı qadın zəhərlənib öldü |
Mojo.az Avto
Mojo.az Avto

İranın vitse-prezidenti Avstriyaya buraxılmadı - Rəsmi Tehrandan adekvat addım (Yenilənib)

14.09.2026 13:40 579
İranın vitse-prezidenti Avstriyaya buraxılmadı - Rəsmi Tehrandan adekvat addım (Yenilənib)
İran Xarici İşlər Nazirliyi Avstriyanın ölkədəki diplomatik nümayəndəliyinin rəhbərini çağıraraq, Vyana tərəfindən vitse-prezident və İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslamiyə viza verilməməsinə görə sərt etirazını bildirib.

Median.Az
-ın TASS-a istinadən xəbər verir ki, bu barədə İran XİN-in rəsmi sözçüsü İsmayıl Bəqayi açıqlama verib.

Həftəlik mətbuat konfransında çıxış edən rəsmi qeyd edib:

"Bütün beynəlxalq qanunlara əsasən, onlar İran nümayəndə heyətinə viza təqdim etməli idilər. Biz dərhal hərəkətə keçdik və etirazımızı çatdırmaq üçün Avstriyanın müvəqqəti işlər vəkilini çağırdıq".

İ.Bəqayinin sözlərinə görə, Vyananın Vaşinqtonun təzyiqi altında viza verməkdən imtina etməsi faktı Avstriyanı atdığı addımlara görə məsuliyyətdən azad etmir.

Bundan əvvəl "Bloomberg" agentliyi xəbər vermişdi ki, ABŞ-nin təşəbbüsü ilə Avstriya rəhbərliyi İranın Atom Enerjisi Təşkilatının sədrinin ölkəyə girişinə qadağa qoyub. Nəticədə Məhəmməd Eslaminin AEBA-nın baş konfransında çıxışı baş tutmayacaq.

Qeyd edək ki, M.Eslami AEBA-nın Baş Konfransının 70-ci sessiyasında iştirak etməli idi.

* * * * *

İranın nüvə məsələləri üzrə vitse-prezidenti və Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslaminin Vyanada keçirilən Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş konfransında çıxış etmək üçün Avstriyaya girişinə icazə verilməyib.


Bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Bildirilib ki, BMT Eslaminin Avstriya ərazisinə daxil olmasına və tədbirdə iştirakına şərait yaratmaq məqsədilə ona qarşı tətbiq edilən sanksiyaların müvəqqəti dayandırılmasını tələb edib. Lakin ABŞ rəsmiləri hər hansı bir məhdudiyyətin ləğv olunmamasına təkid ediblər. Agentlik qeyd edir ki, Eslaminin buraxılmamasına baxmayaraq, bu həftənin sonlarında konfransda İranın daha aşağı səviyyəli nümayəndəsi çıxış edə bilər.

"Bloomberg"in məlumatına əsasən, ABŞ-nin energetika naziri Kris Rayt forumda Tehrana xəbərdarlıq etmək niyyətindədir. O cümlədən, nazir İranı BAEA ilə tam əməkdaşlıq etməyə, təminat öhdəliklərini yerinə yetirməyə və agentliyə lazımi giriş imkanı verməyə çağıracaq. Raytın bu çıxışının BAEA-nin İranın nüvə proqramı ilə əlaqələndirilən Pikaks dağındakı tikinti işləri barədə xəbərdarlığından sonra baş tutması planlaşdırılıb.

Son xəbərlər