Mojo.az Banner
12:59 Qəbələdə avtomobilin vurduğu kişi xəstəxanada öldü  |     12:50 400 min manatlıq dələduzluq edən bağça direktoruna HÖKM OXUNDU  |     12:48 2026-2027-ci illərin tədris planları təsdiqləndi - Hansı yeniliklər var?  |     12:39 Gələcəkdə pensiya olmayacaq – ŞOK PROQNOZ  |     12:35 Prezident bir qrup şəxsi "Tərəqqi" medalı ilə təltif etdi - SİYAHI  |     12:22 Azərbaycanda bu bələdiyyələrin ADLARI DƏYİŞİR  |     12:10 Gürcüstan Azərbaycana yeni səfir təyin etdi  |     12:09 Azərbaycanda abortların sayı ilə bağlı vahiməli statistika  |     12:08 Bakıda ağır avtoqəza - Ölən var  |     11:47 Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama  |     11:45 Sumqayıtda iki avtomobil toqquşub: Ölən və yaralanan var  |     11:44 Üç ölkədən xəbərdarlıq: İran casus proqram təminatı yayır  |     11:42 Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: Xərçəng riski artır?  |     11:37 İkimərtəbəli evə üçüncü mərtəbə artırılır: İcra hakimiyyətinin xəbəri olmadan tikinti aparılır? - VİDEO  |     11:29 Ailə üzvləri ilə mübahisə etdi, yaşadığı evi yandırdı  |     11:25 Tanınmış azərbaycanlı iş adamı vəfat etdi - FOTO  |     11:21 Azərbaycan nefti bahalaşdı  |     11:16 Göygöldə "Chevrolet" aşdı - Yaralılar var  |     23:00 Oturaq iş rejimi olanlar buna diqqət etməlidir  |     22:56 Konqoda Ebola epidemiyası: Ölənlərin sayı 3500-ü keçib  |    
Mojo.az Avto
Mojo.az Avto

Kirayə ev axtaran gücün DİQQƏTİNƏ: Bu ərazilər sərfəlidir

14.09.2026 13:34 456
Kirayə ev axtaran gücün DİQQƏTİNƏ: Bu ərazilər sərfəlidir
Bakıda tələbələrin kirayə mənzil axtarışı yeni tədris ili ərəfəsində yenidən sürətlənib. Universitetlərin yerləşdiyi ərazilərdə tələbatın artması kirayə bazarında qiymətlərə də təsir göstərir. Bu vəziyyətdə tələbələr üçün əsas məsələ həm büdcəyə uyğun, həm də universitetə gediş-gəliş baxımından əlverişli mənzil tapmaqdır. Bəs paytaxtda tələbələr daha münasib qiymətə kirayə evləri hansı ərazilərdə tapa bilərlər və hazırda həmin mənzillərin aylıq kirayə haqqı nə qədərdir?

Mövzu ilə bağlı iqtisadçı ekspert Firdovsi Xəlilov Median.Az-a açıqlama verib.

O deyib ki, məsələyə yalnız “tələbələr gəldi, kirayə mənzillər bahalaşdı” prizmasından yanaşmaq doğru deyil:
“Kirayə haqqını müəyyən edən əsas amil mövsümi tələb deyil, ilk növbədə mənzilin bazar dəyəri və kapitallaşma qiymətidir. İcarənin baha və ya ucuz olması da məhz mənzilin satış dəyəri ilə müqayisədə qiymətləndirilməlidir. Beynəlxalq daşınmaz əmlak praktikasında qəbul edilən gəlirlilik yanaşmasına əsasən, mənzilin illik kirayə gəlirinin onun bazar dəyərinin təxminən 5 faizini təşkil etməsi normal investisiya gəlirliliyi hesab olunur. Bu göstərici 5 faizdən aşağıdırsa, əmlakın icarə gəlirliliyi aşağı, yuxarıdırsa, nisbətən yüksək qiymətləndirilir. Məsələn, “Elmlər Akademiyası”, “Nizami” və “Gənclik” metrostansiyaları ətrafında yeni tikililərdə təmirsiz mənzillərin bir kvadratmetrinin satış qiymətini orta hesabla 4 min manat götürsək, 130 kvadratmetrlik mənzilin alış dəyəri təxminən 520 min manat edir. Təmir və tam əşyalandırma xərcləri də nəzərə alındıqda mənzilin sahibinə ümumi başa gəlmə dəyəri təxminən 600 min manata çata bilər”.

Onun sözlərinə görə, bu məbləğin 5 faizlik illik gəlirlilik göstəricisinə uyğun kirayə gəliri təxminən 30 min manat, aylıq olaraq isə 2 500 manat civarında olmalıdır:
“Vergi öhdəlikləri də nəzərə alındıqda məbləğ daha da yüksəlir. Halbuki həmin ərazilərdə bu tip mənzillərin 1 200–1 500 manat civarında təklif edildiyini görürük. Bu isə əmlakın dəyəri ilə müqayisədə təxminən 2,5–3 faizlik illik gəlirlilik deməkdir. Ona görə də Bakıda kirayə mənzillərin “baha” olduğunu yalnız mənzilin satış qiyməti ilə müqayisədə demək çətindir. Kirayənin əhali üçün baha görünməsinin əsas səbəbi isə daşınmaz əmlak qiymətləri ilə vətəndaşların real gəlirləri arasındakı fərqdir. Tələbələrin kirayə bazarına təsirinə gəldikdə isə bu amili də şişirtmək düzgün olmaz. Azərbaycanda xarici tələbələrin sayı hələ də kifayət qədər böyük deyil. Əksinə, ölkə vətəndaşlarının xaricdə təhsil alması daha geniş miqyasdadır. Bu baxımdan, mövcud kirayə qiymətlərinin əsas səbəbini yalnız tələbə tələbi ilə izah etmək iqtisadi reallığı tam əks etdirmir”.

Ekspert sonda qeyd edib ki, problemin daha fundamental həlli isə tələbələr üçün müasir yataqxana infrastrukturunun yaradılmasıdır:
“Dövlət tərəfindən uyğun torpaq sahələrinin ayrılması, özəl şirkətlər üçün vergi güzəştlərinin tətbiqi və yalnız tələbələrə xidmət edən yataqxanaların tikintisinin stimullaşdırılması bu sahədə ciddi nəticə verə bilər. Belə imkanlar genişlənənədək isə məhdud büdcəsi olan tələbələrə mərkəzdə yerləşən bahalı mənzillər əvəzinə universitetlərə metro və ya bir-iki marşrutla rahat çatmağın mümkün olduğu ərazilərə üstünlük verməyi tövsiyə edərdim. Dərnəgül, Biləcəri və Xırdalan kimi istiqamətlər bu baxımdan daha əlverişli alternativlərdir”.

Ayselскачать dle 11.3
Mojo.az Banner