Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

Gələcəkdə pensiya olmayacaq – ŞOK PROQNOZ

16.09.2026 12:39 822
Gələcəkdə pensiya olmayacaq – ŞOK PROQNOZ
Süni intellekt və robot texnologiyalarının sürətlə inkişaf etməsi əmək bazarının gələcəyi ilə bağlı müxtəlif sualları gündəmə gətirir. Bir çox sahələrdə insan əməyinin avtomatlaşdırılması imkanlarının genişlənməsi gələcəkdə işləyənlərin sayına, sosial sığorta ödənişlərinə və pensiya sisteminin dayanıqlılığına təsir göstərə bilər. Bu isə xüsusilə indiki gənc nəslin gələcəkdə pensiya təminatı ilə bağlı narahatlıqları artırır.

İnformasiya Texnologiyaları üzrə mütəxəssis Fərid Əmirov Median.Az-a açıqlamasında deyib ki, süni intellekt və avtomatlaşdırma ənənəvi iş dünyasını kökündən dəyişir və bu dəyişiklik gələcəkdəki maliyyə təminatımıza birbaşa təsir edir:

“Əvvəllər bir dəfə öyrənilən peşə insanı 30-40 il rahat yaşada bilirdisə, bu gün texnologiyanın sürətli inkişafı biliklərin köhnəlmə müddətini 3-5 ilə qədər endirib. Klassik "öyrən, işlə və pensiyaya çıx" yanaşması artıq öz aktuallığını itirir. Digər tərəfdən, insan əməyi fiziki və zehni olaraq gündəlik 8 saatla məhdudlaşdığı halda, kompyuter proqramları və süni intellekt heç bir yorğunluq bilmədən fasiləsiz işləyir. Bu səbəbdən, gələcəkdə sadəcə zamanımızı və fiziki əməyimizi sataraq özümüzə dayanıqlı kapital, yəni rahat bir qocalıq fondu yaratmaq getdikcə çətinləşəcək”.

O qeyd edib ki, bu yeni dövrdə ayaqda qalmaq və gələcəyimizi sığortalamaq üçün fərqli düşünməyə ehtiyac var:

“Əsas məsələ süni intellektdən qorxmaq deyil, onu öz işimizdə bir köməkçi kimi istifadə etməyi öyrənməkdir. Çünki gələcəyin əsas rəqabəti robotlarla insanlar arasında deyil, süni intellektdən istifadə etməyi bacaran insanlarla ənənəvi üsullarla işləyənlər arasında olacaq. Eyni zamanda, sadəcə maaşa güvənməkdən çıxıb, iqtisadiyyatın və texnologiyanın inkişafına ayaq uyduran sahələrə kiçik də olsa şəxsi sərmayələr yatırmaq vacibdir. Qısacası, gələcəyin ən etibarlı təminatı davamlı olaraq yeni biliklər öyrənmək və texnologiyanı rəqib kimi yox, öz xeyrimizə işləyən faydalı bir alət kimi görməkdir”.

Aysel

Son xəbərlər