Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:57 İnternatda böyüyən 11-ci sinif şagirdi market müdirini qarət etdi | 12:56 40 yaşdan sonra dişlərimiz niyə əyilir? | 12:53 "Nvidia"nın keçmiş rəhbəri ilə bağlı yeni iddia: Üçüncü qadın ortaya çıxdı | 12:38 "TikTok"da 300 min manatlıq dələduzluq: Saxlanılanlar var - VİDEO | 12:22 İkinci əl avtomobillərə tələbat artdı – Qiymətlər bahalaşır | 12:19 Cəbrayılda şirkət işçilərinin qaldığı tikilidə yanğın | 12:15 Bakı və Sumqayıtdakı xəstəxanalarda növbə ilə bağlı yenilik | 12:06 Bakı-Qazax yolunda daha bir körpü sökülür - Səbəb | 12:01 Əlillik almayan hərbçilərin sosial təminatı genişləndirilməlidir – Açıqlama | 11:52 Bakıda kütləvi dava: Üç nəfər bıçaqlandı | 11:41 Abşeronda 89 yaşlı qadın zəhərlənib öldü | 11:37 Azərbaycanda müəllimlərə şagirdlərlə bağlı qadağa | 11:28 Nəvəsinin andiçməsindən sonra meyiti tapılan Mirzəcan kişi ilə bağlı yeni detallar | 11:16 Bakıda qadın sürücü qəza törətdi, ölən var | 11:11 Alyona Əliyeva COP31-dən paylaşım edib - Foto | 11:08 MİDA 1049 mənzili satışa çıxarır — qiymətlər 43 min 225 manatdan başlayır | 11:03 Məşğulluqdan aldığı inkubator aparatını satdı - İş Ali Məhkəməyə qədər getdi | 23:01 Britaniya Rusiyanın ən böyük 10 neft hasil edən şirkətinə sanksiyalar tətbiq edib | 22:54 Hörmüz boğazının şərqində 2 tanker alışıb | 22:48 Bir nüvə partlayışı peyklərin 98 faizini sıradan çıxara bilər |
Mojo.az Avto
Mojo.az Avto

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: Xərçəng riski artır?

16.09.2026 11:42 354
Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: Xərçəng riski artır?
"Süni mayalanmanın (EKO), onkoloji xəstəliklərə, xüsusən qlioblastomaya səbəb olması ilə bağlı iddialar elmi tədqiqatlarda öz təsdiqini tapmayıb".

Median.Az
xəbər verir ki, bunu Rusiya Səhiyyə Nazirliyinin baş onkoloqu Andrey Kaprin TASS-a müsahibəsində deyib.

"Elmi baxımdan EKO-nun hər hansı bir şəxsdə qlioblastomanın inkişafına təkan verdiyini iddia edə bilmərik. Bəzi araşdırmalarda köməkçi reproduktiv texnologiyalarla mərkəzi sinir sistemi şişləri arasında mümkün əlaqə öyrənilsə də, hazırda süni mayalanmanı bu cür xəstəliklərin səbəbi hesab etmək üçün heç bir tutarlı sübut yoxdur", - deyə o bildirib.

Mütəxəssis əlavə edib ki, EKO zamanı yumurtalıqlar stimullaşdırıldığı üçün hormonlardan asılı olan şişlərlə bağlı daha çox araşdırma aparılıb və bu məsələ daim ciddi narahatlıq doğurub.

Lakin yüzminlərlə qadının iştirak etdiyi tədqiqatlar da süni mayalanmadan sonra süd vəzi xərçəngi riskinin artdığını təsdiqləməyib.

Kaprin vurğulayıb ki, süni mayalanma etdirən bir milyondan çox qadını əhatə edən genişmiqyaslı araşdırmanın nəticələrində də süd vəzi xərçəngi hallarının artmasına dair heç bir fakt aşkarlanmayıb.

Qeyd edək ki, rusiyalı sənətçilər Anastasiya Zavorotnyuk və Janna Friske beynin aqressiv şişi olan qlioblastomadan vəfat ediblər. Onların hər ikisi süni mayalanma prosedurundan keçib və mətbuatda bu iki fakt arasında mümkün əlaqənin olduğu barədə məlumatlar yayılıb.
//oxu.az

Son xəbərlər