Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

İkimərtəbəli evə üçüncü mərtəbə artırılır: İcra hakimiyyətinin xəbəri olmadan tikinti aparılır? - VİDEO

16.09.2026 11:37 351
İkimərtəbəli evə üçüncü mərtəbə artırılır: İcra hakimiyyətinin xəbəri olmadan tikinti aparılır? - VİDEO
Bakıda ikimərtəbəli yaşayış evinə üçüncü mərtəbə artırılır. Lakin tikinti ərazisi hasarlanmayıb və təhlükəsizlik toru çəkilməyib. Piyadalar tikintinin altından keçərək gündəlik alış-veriş etdikləri ərzaq mağazasına gedirlər.

Median.Az
"Xəzər" TV-yə istinadən xəbər verir ki, söhbət paytaxtın Yasamal rayonu, Kamil Əliyev küçəsində yerləşən yaşayış evindən gedir.

Sakinlər iddia edirlər ki, hər gün keçdikləri bu ərazidə aparılan tikinti zamanı təhlükəsizlik qaydalarına riayət olunmur.

Çəkiliş qrupu tikintini aparan şəxsin məsələyə münasibət bildirməsi üçün təxminən 40 dəqiqə gözləyib. Lakin ev sahibinin əvəzinə onun qonşuları çəkiliş qrupunu təhdid ediblər.

Ərazi polis bölməsinin əməkdaşları həmin şəxsi ərazidən uzaqlaşdırıblar.

Daha sonra tikintini aparan şəxs çəkiliş qrupuna yaxınlaşaraq torpağa dair çıxarışının olduğunu bildirib. Lakin tikintiyə icazəsinin olub-olmaması və təhlükəsizlik tədbirlərinə riayət edilib-edilməməsi ilə bağlı sualları cavablandırmayıb.

O, çəkiliş aparıldığına görə jurnalistləri təhdid də edib.

Yasamal Rayon İcra Hakimiyyətindən bildirilib ki, yaşayış evinin çıxarışı var. Lakin ikinci və üçüncü mərtəbələrin tikintisinə hansı qurum tərəfindən icazə verildiyi araşdırılır.

Son xəbərlər