Mojo.az Banner
19:36 Bakı-Ağstafa marşrutu üzrə əlavə reyslər təşkil ediləcək  |     19:28 Narkotik aşkarlanan yük maşınları müsadirə olunsun - Deputatdan təklif  |     19:23 Bu şəxslərin Prezident təqaüdünün təyini üçün sənədlər müəyyənləşdi  |     19:14 “Trabzonspor”un baş məşqçisi təyin olundu  |     19:09 Sudanda qızıl mədəni çökdü, 60 nəfər öldü  |     19:01 Sabah 35 dərəcə isti olacaq  |     18:55 Azərbaycan Bolqarıstandan "Premium" benzin idxalını 20 dəfə artırıb  |     18:46 Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanıldı  |     18:41 Məkkə səmasında PUA məhv edildi - VİDEO  |     18:33 Xınalıq yolunda sürüşmə oldu - VİDEO  |     18:27 Jurnalistləri daşıyan helikopter qəzaya uğradı - Ölənlər var  |     18:20 Messi vida matçı üçün Argentina millisinə çağırıldı  |     17:57 Ramiz Mehdiyevin işində onlar da dindirilib  |     17:43 Cəlilabadda polis əməliyyat keçirdi: Saxlanılan var - FOTO  |     17:16 Badamdarda PARTLAYIŞ: Xəsarət alan var  |     17:01 Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq" - VİDEO  |     16:56 Xaricdən sifariş verənlər bunu bilməlidir: Gömrük qaydaları dəyişdi  |     16:54 Azərbaycanda hərbi rütbələrin verilməsi qaydasına dəyişiklik edilir  |     16:53 Bakı Qızlar Universitetinin bütün tələbələri köçürüldülər  |     16:51 İcra hakimiyyətində əməliyyat zamanı saxlanılan vəzifəli şəxslərlə bağlı QƏRAR VERİLDİ  |    
Mojo.az Avto
Mojo.az Avto

Xaricdə təhsil şirkətləri ilə bağlı VACİB XƏBƏRDARLIQ

14.09.2026 13:30 264
Xaricdə təhsil şirkətləri ilə bağlı VACİB XƏBƏRDARLIQ
Xaricdə təhsil almaq istəyən gənclərin sayının artması bu sahədə fəaliyyət göstərən şirkətlərə olan tələbatı da artırıb. Lakin sosial şəbəkələrdə cəlbedici reklamlar, yüksək nəticə vəd edən paylaşımlar və çoxsaylı müsbət rəylər bəzən tələbə və valideynlərin yanlış seçim etməsinə səbəb ola bilir. Nəticədə xaricdə təhsil arzusu ilə müraciət edən şəxslər maddi itki və hüquqi problemlərlə üzləşə bilirlər. Bəs belə hallardan qorunmaq üçün abituriyent və valideynlər nələrə diqqət etməlidir?

Mövzu ilə bağlı Median.Az-a açıqlama verən təhsil eksperti Əmrah Həsənli bildirib:

"Xaricdə təhsil almaq istəyən gənclərin və onların valideynlərinin bu prosesdə üzləşdiyi ən böyük risklərdən biri məhz parlaq reklamların arxasında gizlənən qeyri-peşəkar və dələduz konsaltinq şirkətlərdir. Təəssüf ki, sosial şəbəkələrdə" 100 faiz qəbul zəmanəti", "imtahansız diplom" kimi cəlbedici şüarlar çox vaxt insanlarda saxta güvən hissi yaradır".
Ali təhsilin ciddi və məsuliyyətli bir addım olduğunu deyən mütəxəssis əlavə edib:

"Burada emosiyalara və bəzəkli reklam lövhələrinə aldanmaq olmaz. Maddi itki və hüquqi problemlərlə üz-üzə qalmamaq üçün abituriyent və valideynlərin diqqət yetirməli olduğu bir neçə məqam var. Bunlardan biri odur ki, şirkətlə işə başlamazdan əvvəl tərəflərin öhdəliklərini, göstərilən xidmətlərin dəqiq siyahısını və fors-major hallarda ödənişin qaytarılma şərtlərini əks etdirən rəsmi müqavilə tələb olunmalıdır".

Əmrah Həsənli qeyd edib ki, şifahi vədlərə heç bir halda inanmaq olmaz. Eyni zamanda seçilən universitetin həmin ölkədə rəsmi akkreditasiyadan keçməsinə, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminat Agentliyi tərəfindən diplomun tanınma ehtimalının yüksək olduğuna öncədən əmin olmaq lazımdır.

Mütəxəssis onu da vurğulayıb ki, xüsusilə imtahansız qəbul təklif edən bir çox keyfiyyətsiz, özəl ali məktəblərin diplomları sonradan ölkəmizdə qəbul edilməyə bilər. Ən kritik məqamlardan biri də maliyyə əməliyyatlarıdır ki, universitetin təhsil haqqı, yataqxana ödənişi və ya rəsmi rüsumlar heç bir halda konsaltinq şirkətinin və yaxud şəxslərin bank hesabına köçürülməməlildir. Bütün ödənişlər birbaşa universitetin öz rəsmi bank hesabına edilməlidir. Şirkətə isə sadəcə olaraq göstərdiyi konsaltinq xidmətinə görə müqavilədə göstərilən məbləğ ödənilməlidir.

Əmrah Həsənli açıqlayıb ki, dünyanın heç bir nüfuzlu və ciddi universiteti qəbula 100 faiz zəmanət vermir. Qəbul qərarını konsaltinq şirkəti deyil, universitetin qəbul komissiyası verir. Əgər şirkət "Biz mütləq düzəldəcəyik" deyirsə, bu, artıq subyektiv və şübhəli yanaşmadır.
Ekspertin fikrincə, sosial şəbəkədəki rəylərlə kifayətlənmək olmaz. Çünki bu rəylər asanlıqla idarə oluna və saxtalaşdırıla bilər. Həmçinin vətəndaşlar şirkətin fiziki ofisini də ziyarət etməlidirlər. Neçə ildir bazarda olduğu barədə araşdırma aparılmalıdır. Mümkün olarsa, həmin şirkət vasitəsilə əvvəlki illərdə qəbul olub və hazırda təhsil alan tələbələrlə birbaşa əlaqə saxlayıb real təcrübələrini öyrənməlidirlər. Yekun olaraq valideynlər və gənclər anlamalıdırlar ki, xaricdə təhsil vasitəçiyə kor-koranə inanmaq deyil. Universitetin rəsmi veb saytını yoxlamaq, tələb olunan sənədləri birbaşa mənbədən araşdırmaq və hər addımı hüquqi çərçivədə atmaq gələcəkdə mənəvi və maddi zərbələrdən qorunmağın yeganə yoludur.

Dəniz Pənahova
Median.Az
скачать dle 11.3
Mojo.az Banner