Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

12 manatlıq ət təhlükəlidir? – Mütəxəssisdən AÇIQLAMA

14.09.2026 13:28 732
12 manatlıq ət təhlükəlidir? – Mütəxəssisdən AÇIQLAMA
Sosial şəbəkələrdə Ukraynadan Azərbaycana 12 manatdan başlayan qiymətlərlə ət məhsullarının gətirildiyini əks etdirən görüntülər yayılıb. Qiymətlərin nisbətən aşağı olması ilə yanaşı, müharibənin davam etdiyi ölkədən heyvanların hansı şəraitdə saxlanılması və ət məhsullarının hansı prosedurlarla əldə edilərək ixrac olunması da suallar yaradır. Xüsusilə belə məhsulların baytarlıq və sanitariya tələblərinə uyğunluğunun necə təmin edildiyi maraq doğurur. Ukraynadan Azərbaycana gətirilən ət məhsullarının kəsimi, baytarlıq-sanitariya yoxlamaları və mənşəyinin təsdiqi hansı qaydada həyata keçirilir? Müharibə şəraiti bu prosesə və məhsulların təhlükəsizliyinə hər hansı əlavə risk yaradırmı?

Bununla bağlı Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri və sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Median.Az-a açıqlamasında deyib ki, bir çox ölkədən Azərbaycana ət və ət məhsulları idxal olunur:

“Məhsulun hansı ölkədən gətirildiyinə və qiymətinin yerli məhsullardan daha aşağı olmasına əsaslanaraq onun keyfiyyətsiz və ya təhlükəli olduğunu demək düzgün deyil. Bunun üçün məhsulun mənşəyi, istehsal və daşınma şəraiti, eləcə də müvafiq sənədləri araşdırılmalıdır. Nəzərə almaq lazımdır ki, ət yüksək riskli qida məhsuludur və onun idxalı zamanı müxtəlif nəzarət mexanizmləri tətbiq edilir. Azərbaycan qanunvericiliyinə əsasən, heyvan mənşəli məhsullar ölkəyə gətirilərkən onların baytarlıq normalarına uyğunluğunu təsdiq edən sənədlər, eyni zamanda beynəlxalq baytarlıq sertifikatları tələb olunur. Ət və ət məhsullarının idxalında ixracatçı ölkənin dövlət baytarlıq orqanları tərəfindən verilmiş müvafiq icazələrin olması da əsas şərtlərdən biridir. Satışda olan məhsulun harada kəsildiyi, hansı müəssisədə emal edildiyi, heyvanın sağlamlıq vəziyyəti, məhsulun mənşəyi və partiyası, həmçinin daşınma zamanı soyuq zəncir prinsipinə əməl olunub-olunmaması müşayiətedici sənədlərdə aydın şəkildə göstərilməlidir. Bu sənədlər yoxdursa, həmin məhsulların riskli hesab olunması üçün əsas yaranır”.

O qeyd edib ki, məhsulun müharibə şəraitində olan ölkədən gətirilməsi onun avtomatik olaraq sağlamlıq üçün təhlükəli olması demək deyil:
“Əsas məsələ məhsulun hansı şəraitdə istehsal edilməsi və daşınmasıdır. Daşınma zamanı temperatur rejiminin pozulması ət məhsullarında mikroorqanizmlərin çoxalmasına səbəb ola bilər. Buna görə də ölkəyə daxil olan ət və ət məhsullarının baytarlıq nəzarətindən keçirilməsi və zəruri sənədlərin yoxlanılması mühüm əhəmiyyət daşıyır. Qeyri-qanuni yollarla ət məhsullarının ölkəyə gətirilməsi isə yolverilməzdir. Bu baxımdan sosial şəbəkələrdə məhsulun ucuz qiymətə satılması ilə bağlı görüntülərin yayılması onun avtomatik olaraq təhlükəli olduğu qənaətinə gəlməyə əsas vermir. Məhsulun qanuni şəkildə idxal edilib-edilməməsi, mənşəyi, etiket məlumatları və satış şəraiti araşdırılmalıdır. Ətin 12 manata və ya daha aşağı qiymətə satılması da ayrıca araşdırma tələb edən məsələdir. Çünki dondurulmuş ət məhsulları, bir qayda olaraq, təzə və ya soyudulmuş ətlə müqayisədə daha ucuz ola bilər. Bu zaman məhsulun çəkisi, dondurulmuş və ya soyudulmuş olması, istehsalçı və idxalçı şirkət barədə məlumatlar, satış nöqtəsi, etiket məlumatları və keyfiyyət sertifikatlarının mövcudluğu nəzərə alınmalıdır. Bu məlumatlar tam və qaydalara uyğun şəkildə təqdim olunursa, məhsulun təhlükəsizliyi barədə daha əsaslı qiymətləndirmə aparmaq mümkündür”.


Aysel

Son xəbərlər