Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

Yolu park edilmiş avtomobillər bağlayır, sürücü qoşa xətti tapdalayır – 20 Yanvarda PROBLEM

16.09.2026 21:02 417
Yolu park edilmiş avtomobillər bağlayır, sürücü qoşa xətti tapdalayır – 20 Yanvarda PROBLEM
Bakıda, xüsusilə 20 Yanvar metrosunun qarşısında bəzi ərazilərdə yolun sağ tərəfində avtomobillərin saxlanılması səbəbindən avtobuslar hərəkət zolağında dayanmağa məcbur olur.

Bu zaman avtobusların arxasında uzun sıxlıq yaranır, digər sürücülər isə yaranmış maneəni keçmək üçün bəzən qoşa xətti tapdalayaraq qarşı zolağa çıxırlar.

Bəs belə vəziyyətdə qoşa xətti tapdalayaraq avtobusun yanından keçmək qanunidirmi? Yolun sağ zolağının park edilmiş avtomobillərlə tutulması bu hal üçün hər hansı hüquqi istisna yaradırmı?

Mövzu ilə bağlı Sfera.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, qadağan olunmuş parklanma ilə mübarizə aparılmalı və xüsusilə problemli ərazilərdə nəzarət gücləndirilməlidir.

““20 Yanvar” ətrafı həmişə problemli ərazilərdən biri olub. Orada bəzən kameraların altında belə sürücülərin qayda pozduğunu, avtomobillərini istədikləri kimi saxlayaraq digər nəqliyyat vasitələrinin hərəkətinə mane olduqlarını, sıxlıq və tıxac yaratdıqlarını görürük. Bu baxımdan həmin ərazilərdə nəzarət tədbirləri daha da gücləndirilməlidir”, – ekspert qeyd edib.

Onun sözlərinə görə, bəzi sürücülər hətta kameraların fəaliyyətinə mane olmaq üçün müxtəlif üsullardan istifadə edir və ya avtomobillərini kameraların qeydə ala bilməyəcəyi formada saxlayırlar.

Bu isə yollarda əlavə narahatlıq yaradır. “Bu hal heç də yaxşı deyil. Təkcə “20 Yanvar” ərazisində deyil, bir çox yerlərdə belə hallara rast gəlinir və bunun qarşısı mütləq alınmalıdır”, – E.Muradlı bildirib.

Ekspert qoşa xətti tapdalayaraq qarşı zolağa çıxan sürücülərin də vəziyyətinin nəzərə alınmasının vacibliyini vurğulayıb.

“Bəzən sürücülər belə vəziyyətdə məcbur qalaraq qoşa xəttin tələbini pozur və avtobusun yanından keçməyə çalışırlar. Əgər belə halda sürücü cərimələnirsə, aidiyyəti üzrə müraciət etmək lazımdır ki, burada nizamsız parklanma səbəbindən sürücü məcburən qarşı zolağa çıxıb. Belə olan halda qayda pozuntusuna sürücünü məcbur edənlər cərimələnməlidir”, – ekspert əlavə edib.

Son xəbərlər