Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Ölkədə 11 mindən çox uşaq nikahdan kənar doğulub  |     22:55 Çexiyada orta əsrlərdən qalma xəstəlik geniş yayılır  |     22:50 "Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı  |     22:42 TƏBİB-in yeni rəhbəri məlum oldu  |     22:37 Avropaya 66 milyard kubmetrdən çox qaz ixrac edilib - Energetika naziri  |     22:30 Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu  |     22:25 Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər  |     22:16 Oktyabrın bütün sosial ödənişləri yekunlaşdırıldı  |     22:11 Bal yarmarkasının keçiriləcəyi tarix açıqlandı  |     22:03 Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu  |     21:55 Sabah Yardımlının 7 kəndində qaz olmayacaq  |     21:50 Balıq bazarıda bahalaşma - VİDEO  |     21:41 Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı  |     21:29 Leyla Əliyeva Şamaxıya səfərindən paylaşım edib - Video  |     21:20 Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını ikinci sırada başa vurublar  |     21:18 Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi  |     21:10 Bakıda kişi 40 kiloqram marixuananı götürməyə arvadı və uşağı ilə getdi  |     21:07 Texnologiya müəllimi əri tərəfindən qətlə yetirildi - Pərvanənin qatilinə hökm oxundu  |     21:06 Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə bağlı paylaşım edib - Video  |     20:55 Putin: "Azərbaycan Rusiya üçün etibarlı tərəfdaşdır"  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda avtobuslar bu yolu keçə bilmirlər - Video

25.04.2026 19:11 468
Bakıda avtobuslar bu yolu keçə bilmirlər - Video
Bakının Binəqədi rayonu, 9-cu mikrorayon, Adil Məmmədov küçəsində nəqliyyatın hərəkətində ciddi problemlər yaşanır. Yolun hər iki tərəfində sistemsiz parklanma ictimai nəqliyyatın hərəkətini iflic edib.

Median.Az
Xəzər TV-yə istinadən xəbər verir ki, 85 nömrəli marşrut xətti üzrə hərəkət edən sürücülərin sözlərinə görə, yolun sol tərəfində qanuni parklanma yeri olmasına baxmayaraq, sürücülər maşınlarını yolun hər iki tərəfində saxlayırlar. Bu isə yolun daralmasına və günün istənilən saatında süni sıxlığın yaranmasına səbəb olur.

Müşahidələr göstərir ki, yolun sağ tərəfində dayanma və durmanı qadağan edən nişanın olmaması sürücülərin bu ərazini "parklanma yeri" kimi istifadə etməsinə şərait yaradır. İctimai nəqliyyat vasitələri isə daralmış yolda hərəkət etməkdə çətinlik çəkir, nəticədə sərnişinlər vaxt itkisi ilə üzləşirlər.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət edilib. Qurumdan verilən məlumata görə, yolun sağ tərəfində aidiyyəti qurumlarla razılaşdırılmaqla, dayanma və durmanı qadağan edən nişanların quraşdırılması məsələsinə baxılır.

Son xəbərlər