Mojo.az Banner
Son Xəbərlər
14:26 Azərbaycanda vəzifəli şəxs qəfil vəfat etdi  |     14:18 Ərinin qətlini sifariş edən Əzizə Seyidova barədə qərar verildi  |     13:58 Təbii kürü adı ilə plastik məhsul satılır? – Bu səhvləri etməyin — Əlamətlər  |     13:55 Bakıda uşaq bağçasında ciddi nöqsanlar aşkarlandı - Foto  |     13:42 Un və çörəyin qiyməti bu halda arta bilər – AÇIQLAMA  |     13:26 Bakı metrosu "Sabah"a görə xüsusi rejimdə işləyəcək  |     13:21 Bakıdakı psixiatriya xəstəxanasında ölüm  |     13:08 Bölgələrdə yeni iş yerləri açılacaq? — Deputatdan VACİB MESAJ  |     13:00 12 il həbs cəzası alan şəxs 5 il sonra zərərçəkmişlə barışdı: Hökm dəyişdimi?  |     12:51 Öldüyü deyilən Kim Çen Inın görüntüləri yayıldı - Foto  |     12:44 DSX mayoruna hücum edən idmançılar yenidən hakim qarşısına çıxarılırlar  |     12:42 Bakıda sərxoş kişini avtomobil vurdu  |     12:36 Uşaq meydançasında təhlükəli çökmə - Video  |     12:31 Restoranlarda menyudakı qiymətlə hesab niyə fərqlənir? – Açıqlama  |     12:26 Azərbaycanın dövlət qurumlarına genişmiqyaslı kiberhücumlar başlayıb  |     12:24 Onlayn alış-veriş edənlər üçün yeni qayda  |     12:21 Kolumbiyada qızıl mədəni çökdü, 14 nəfər öldü  |     11:52 Dərman vasitələrinin qiymətinin artmasının səbəbi bu imiş – AÇIQLAMA  |     11:42 Məşhur meyxanaçı vəfat etdi - Foto  |     11:34 Bakının əsas prospektlərindən birində yeni radar quraşdırıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

İlham Əliyev və Mehriban Əliyeva Bakıda tibb müəssisəsinin açılışında - YENİLƏNİB + FOTO/VİDEO

28.03.2020 20:08 4 233
İlham Əliyev və Mehriban Əliyeva Bakıda tibb müəssisəsinin açılışında - YENİLƏNİB + FOTO/VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva martın 28-də Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışında iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin - TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı dövlətimizin başçısına burada yaradılan şərait barədə məlumat verib.

Bildirilib ki, müvəqqəti olaraq sabahdan etibarən bu müəssisədə koronavirusa yoluxan və ağır simptomları olan xəstələr müalicə alacaqlar. Tibb ocağı 575 çarpayılıqdır. Xəstəxanada 1500-dən artıq həkim və tibbi heyət çalışacaq.

“Yeni klinika” tibb müəssisəsində yaradılan şəraitlə tanışlıqdan sonra dövlətimizin başçısı xəstəxananın kollektivi ilə görüşüb.

Prezident İlham Əliyev bu gün ölkəmizin ən böyük tibb ocaqlarından birinin fəaliyyətə başladığını qeyd edib, onun müasir avadanlıqla təchiz olunduğunu bildirib. Azərbaycanda koronavirusun yayılmasının qarşısının alınması sahəsində görülən işlərdən danışan dövlətimizin başçısı vurğulayıb ki, bu tibb müəssisəsinin istifadəyə verilməsi pandemiyaya qarşı mübarizədə əlavə imkanlar yaradacaq.

“Yeni klinika” tibb müəssisəsinin direktoru Pərviz Abbasov və həkim Nəzrin Mustafayeva dövlətimizin başçısına yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkədə həyata keçirilən dövlət siyasətində səhiyyə sisteminin təkmilləşdirilməsi, bu sahənin müasirləşdirilməsi və inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi mühüm yerlərdən birini tutur. “Yeni klinika” tibb müəssisəsinin yaradılması və burada ən müasir tibbi avadanlığın quraşdırılması bunu bir daha təsdiq edir.

* * * * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva martın 28-də Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışında iştirak ediblər.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.





















Son xəbərlər