Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda ilk dəfə 5 illik dövlət istiqrazları yerləşdirilib

28.01.2020 21:17 1 761
Azərbaycanda ilk dəfə 5 illik dövlət istiqrazları yerləşdirilib
Bu gün Maliyyə Nazirliyi ilk dəfə tədavül müddəti 5 il olan 10 milyon manat məbləğində dövlət istiqrazlarını qiymətli kağızlar bazarında uğurla yerləşdirib.

Nazirlikdən verilən məlumata görə, hərracın nəticəsinə görə sifarişlərin nominal üzrə ümumi məbləği 50,5 milyon manat təşkil edib ki, bu da investorlar tərəfindən təqdim olunan sifarişlər üzrə orta ölçülmüş qiymətin 101,36 manat (gəlirlilik 8,16%) səviyyəsində müəyyən olunması ilə nəticələnib.
Dövlət qiymətli kağızlarına göstərilən böyük maraq investorlar tərəfindən manata olan etimadın və manatda ifadə olunmuş uzunmüddətli maliyyə alətlərinə tələbatın artmasının göstəricisidir.

Eyni zamanda bu buraxılış dövlət qiymətli kağızları üzrə daha uzunmüddətli gəlirlilik əyrisinin formalaşdırılmasına xidmət etməklə yanaşı, həm də özəl sektorun nümayəndələri tərəfindən milli valyutada buraxılacaq uzunmüddətli qiymətli kağızlar üçün istinad dərəcəsi (bençmark) rolunu oynayacaq.

Qiymətli kağızlar bazarının inkişaf etdirilməsi ilə əlaqədar Maliyyə Nazirliyi zəruri tədbirlərin həyata keçirilməsi davam etdirəcək.//Baku.ws

Son xəbərlər