Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Vergi Xidmətinin vəzifəli şəxsləri sahibkarlardan 200 min manat pul vəsaitini rüşvət almaqda ittiham olunur | 23:00 Ramiz Mehdiyev evindən çıxan milyonlardan danışdı | 22:54 Avtobusdan düşərkən torbanı apardı, bir aylıq həbs cəzası aldı | 22:47 Şəhid anasının ziyarət etdiyi qazi ilə bağlı - Rəsmi açıqlama | 22:20 Bakıda çay evində dava: ölü və yaralılar var | 22:12 Sabah bir rayonda işıq olmayacaq | 22:00 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib | 21:47 Azərbaycanda zavodda güclü partlayış oldu - Hadisə yerindən görüntülər | 21:41 Şimali Kiprdə baş vermiş gəmi qəzası ilə bağlı üç Azərbaycan vətəndaşı həbs olunub | 20:11 Sergey Lebedev: "Azərbaycan 2028-ci ildə ilk dəfə MDB-yə sədrlik edəcək" | 20:00 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı | 19:38 Bakı-Sumqayıt yolu üçün yeni plan | 19:22 Sabah bu ərazidə işıq kəsiləcək | 19:00 Gürcüstanın Türkiyədəki səfiri Xarici İşlər Nazirliyinə çağırıldı | 18:54 İşçini müqaviləsiz çalışdıran turizm şirkətinə 23 min manatlıq cəza | 18:51 Azərbaycanda fabrik direktoru vəfat etdi | 18:32 SON DƏQİQƏ! DİN əməliyyat keçirdi: Saxlanılan şəxslərin siyahısı | 18:09 Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu | 18:02 Rekordlar qıran baş məşqçinin Azərbaycandan çıxışına qadağa qoyuldu | 17:54 Azərbaycanın Suriyaya ixracı 388 milyon dolları ötüb |
Mojo.az Avto
Mojo.az Avto

Ölkədə qiymətli kağızlar bazarına böyük maraq müşahidə olunub

15.03.2021 12:02 1 008
Ölkədə qiymətli kağızlar bazarına böyük maraq müşahidə olunub
Pandemiyanın iqtisadiyyata neqativ təsirləri fonunda qiymətli kağızlar bazarının ümumi ticarət dövriyyəsi 14,1 milyard manat təşkil edib.

Təkrar bazar əqdlərində və repo əməliyyatlarında ciddi artım müşahidə edilib.

2020-ci ildə 12,2 milyard manat məbləğində investisiya qiymətli kağızları dövlət qeydiyyatına alınıb və 11 emissiya prospekti təsdiq edilib.

İl ərzində korporativ qiymətli kağızlar bazarının səhm seqmentində əməliyyatların həcmi 37 faiz artaraq 583 milyon manat təşkil edib. Korporativ qiymətli kağızlar bazarının digər seqmenti olan korporativ istiqrazlar bazarında əməliyyatların həcmi 2 milyard 773 milyon manat təşkil edib.

Hesabat dövründə “AzerGold” QSC-nin 20 milyon ABŞ dolları, İpoteka və Kredit Zəmanət Fondunun 251 milyon manat məbləğində istiqrazları fond birjasında yerləşdirilərək listinqə daxil olub.

Dövlət qiymətli kağızları bazarında aparılan əməliyyatların həcmi 8,6 milyard manat təşkil edib. Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə fond birjasında 46 hərrac keçirilib, 22 notlarla təkrar bazar əqdlərinin həcmi isə 30 faiz artaraq 491 milyon manata yüksəlib.

Hesabat dövründə dövlət istiqrazları ilə əməliyyatların ümumi həcmi 42 faiz artaraq 1,7 milyard manat təşkil edib. İlkin bazar əqdlərinin həcmi əvvəlki illə müqayisədə 77 faiz artaraq 1,2 milyard manat təşkil edib.

Dövlət istiqrazlarının təkrar bazarı 521 milyon manat olub. Eyni zamanda, 2020-ci ildə ilk dəfə olaraq, mütərəqqi beynəlxalq təcrübəyə uyğun olaraq dövlət istiqrazlarının hərracının keçirilməsi zamanı tələbin təklifi üstələməsi halında emitent tərəfindən təklifin artırılması imkanı yaradılıb. Bu, dövlət istiqrazlarına olan tələbin çevik ödənməsi imkanlarını artırmaqla yanaşı bazardan maliyyələşmə imkanlarını genişləndirib.

2020-ci il ərzində repo əməliyyatlarının həcmi əvvəlki illə müqayisədə 92 faiz (1 milyard 28 milyon manat) artaraq 2 milyard 150 milyon manata yüksəlib. Repo əməliyyatlarının 90 faizi dövlət istiqrazları ilə aparılıb. 2020-ci ildə ilk dəfə olaraq səhmlərlə repo əqdləri (0,5 milyon manat) qeydə alınıb.

2020-ci il ərzində 12,2 milyard manat məbləğində investisiya qiymətli kağızlarının dövlət qeydiyyatı həyata keçirilib. Bunun 1 milyard 291 milyon manatı (11 faiz) 41 korporativ istiqrazların buraxılışının, 766 milyon manatı (6 faiz) 119 səhm buraxılışının, 10 milyard 115 milyon manatı (83 faiz) isə dövlət qiymətli kağızlarının buraxılışının payına düşür.

Dövlət qiymətli kağızlarının 7 milyard 190 milyon manatı Mərkəzi Bankın qısamüddətli notlarının buraxılışının, 2 milyard 925 milyon manatı isə dövlət istiqrazlarının buraxılışının qeydiyyatı ilə əlaqədar olub.

Son xəbərlər