Mojo.az Banner
23:01 Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının katibinin görüşü olub - FOTO  |     22:53 Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq  |     22:48 Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA  |     22:40 Bakıda gecə klubunun qarşısındakı qətlin ŞOK TƏFƏRRÜATI: Şahid danışdı  |     22:35 Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb - FOTO  |     22:28 Bakıda kişi sükan arxasında öldü  |     22:23 Bürclərə bağlılıq: Maraqlı psixoloji əlaqə  |     22:16 Gecə saat 4-də səhvən sirkə içdi, xəstəxanada öldü  |     22:11 Bakı yağışa hazırdır? - Riskli ərazilər açıqlandı  |     22:02 Bu şəxslər sürücülük vəsiqəsi ala bilməyəcək  |     21:57 Kərə yağı ucuzlaşır – İqtisadçı səbəbləri açıqladı  |     21:50 “ChatGPT”nin yeni modelində təhlükəsizlik problemi aşkarlandı  |     21:42 Narın içində qurd yoxdur, amma yenə də çürüyür  |     21:37 "215"dən şikayət: “Pilləkəndə sıxılıb qalırıq, qapılar zorla bağlanır” – VİDEO  |     21:30 İnternet olmadan işləyəcək - "WhatsApp"da yenilik  |     21:24 Ermənistan Kərkini qaytarır? - Qriqoryandan AÇIQLAMA  |     21:15 Azərbaycanda 3 gün ardıcıl iş olmayacaq: Tarixlər açıqlandı  |     21:10 "Sumqayıt" amerikalı basketbolçunu transfer etdi  |     20:56 Azərbaycanda kuryoz olay: Süni intellekt şöbəsinin əməkdaşlarının kompüteri yoxdur (VİDEO)  |     20:51 Kirayə yaşadıqları mənzili satdılar: 196 minlik dələduzluğun detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

Beynəlxalq maliyyə institutu manatda istiqraz buraxır - İLK DƏFƏ

17.07.2019 15:26 3 086
Beynəlxalq maliyyə institutu manatda istiqraz buraxır - İLK DƏFƏ
Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) qiymətli kağızlar bazarının inkişaf etdirilməsi və beynəlxalq investorların bazara diqqətinin artırılması məqsədilə Azərbaycanın üzv olduğu beynəlxalq maliyyə institutları ilə uzunmüddətli sıx əməkdaşlığı nəticəsində onlardan birinin ölkədə ilk dəfə milli valyutada (manatda) istiqrazları emissiya ediləcək.

Palatanın məlumatına görə, MBNP iyulun 16-da Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) 10 milyon manatlıq istiqraz emissiyasını dövlət qeydiyyatına alıb. Bu rəqəmin ilin sonuna qədər 50 milyon manata çatdırılması nəzərdə tutulur.

Qiymətli kağızlar kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC-də (BFB) yerləşdiriləcək.

“Bu, ölkəmiz üçün əlamətdar hadisədir və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlara olan inamın göstəricisidir. Bu, beynəlxalq müstəvidə həyata keçirilən uzunmüddətli strategiya, əməkdaşlıq, Palata tərəfindən qabaqcıl beynəlxalq prinsiplər və standartların yerli qiymətli kağızlar bazarına tətbiqi nəticəsində əldə olunmuş nailiyyətdir.

Beynəlxalq maliyyə institutları tərəfindən yerli bazarda buraxılacaq istiqrazlar ölkədə sahibkarlığın inkişafına dəstək olacaq, kiçik və orta bizneslərin uzunmüddətli ucuz maliyyə resurslarına çıxış imkanı təmin edəcək”, - məlumatda qeyd olunub.скачать dle 11.3
Mojo.az Banner