Mojo.az — elanlar
Son Xəbərlər
15:35 Qalmaqallı generalın polkovnik dostuna qarşı 200 minlik ittiham - TTM-də mütəşəkkil korrupsiya  |     15:18 Hindistanla əməkdaşlıq yeni mərhələyə keçir: Azərbaycan nə qazanacaq?  |     15:14 Bakıda 3-cü yerüstü stansiyanın istifadəyə veriləcəyi tarix məlum oldu  |     15:09 Musiqi dinləməsi 13 yaşlı velosipedçinin həyatına son qoydu - Təfərrüat  |     15:08 Nəqliyyat və rabitə xərcləri təxminən üç dəfə artırılır  |     14:20 Maşınınızı satmağa tələsməyin! Azərbaycanda avtomobillərlə bağlı nə baş verəcək?  |     14:10 İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib  |     14:07 Azərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək  |     14:05 Peyvənddən qorxanlara həkim XƏBƏRDARLIQ ETDİ  |     13:58 Azərbaycanda gömrük rüsumlarından daxilolmalar 49 milyon manat artacaq  |     13:51 Özəl liseylərdə təhsil haqqı niyə 50 min manata çatır? – AÇIQLAMA  |     13:35 Terrorun maliyyələşdirilməsinə qarşı mübarizə gücləndirilir  |     13:05 Korrupsiyaya görə tutulmuş vəzifəli şəxslər bir həftəyə azadlığa çıxırlar  |     13:00 Müdafiə büdcəsində dəyişiklik: Hərbi qüvvələrə ayrılan vəsait artır, xüsusi layihələrə xərclər azalır  |     12:54 Azərbaycan nefti bahalaşıb  |     12:53 Metroda "qırmızı xətt" üzrə qatarlar əvvəlki qaydada hərəkət edəcək  |     12:48 Azərbaycanda təhsilə ayrılan vəsait 5.1 milyard manata çatdırılır  |     12:43 Azərbaycanın dövlət büdcəsində kəsir artacaq  |     12:41 Xarici yardımlara ayrılan vəsaitin miqdarı xeyli artırılır  |     12:38 Koçaryanın oğlunun həbs müddəti daha iki ay uzadıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Baş Prokurorluq piyadanı öldürən sürücünün cəzasının azaldılması qərarı ilə razılaşmadı, protest verdi

28.10.2019 19:09 1 237
Baş Prokurorluq piyadanı öldürən sürücünün cəzasının azaldılması qərarı ilə razılaşmadı, protest verdi
Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə cari il yanvarın 18-də paytaxtın Səbail rayonu ərazisində yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq idarə etdiyi “Mazda” markalı 99-BD-702 dövlət qeydiyyat nişanlı avtomobillə Lalə Sadayzadənin ölümünə səbəb olmuş təqsirləndirilən şəxs Sabir Talıblının cinayət məsuliyyətindən azad edilərək məhkəmənin qərarı əsasında azadlığa çıxması ilə bağlı informasiyalar yer alıb.

Baş Prokurorluğun mətbuat xidmətindənverilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, Səbail rayon məhkəməsinin hökmü ilə Sabir Talıblı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il 2 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 iyun 2019-cu il tarixli qərarı ilə S.Talıblıya təyin olunmuş 5 il 2 ay müddətinə azadlıqdan məhrum etmə əsas cəzası 4 il 6 aya endirilmiş və cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb.

Baş Prokurorluq Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının qeyd edilən qərarı ilə razılaşmayaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya protesti verib.

Cinayət işi üzrə məhkəmə baxışı 13 noyabr 2019-cu il tarixə təyin olunub.//oxu.az

Son xəbərlər