Mojo.az Banner
23:00 İş axtaran 50 yaşdan yuxarı şəxslərə şad xəbər: məhdudiyyət aradan qalxır?  |     22:52 Növbəti 4 günə diqqət! – XƏBƏRDARLIQ EDİLDİ  |     22:43 Ucarda 16 yaşlı gəncin suda boğulmasının təfərrüatları - FOTO  |     22:38 Dünyada ağcaqanad xəstəliyi yayılır - Ölümcüldür  |     22:29 Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI  |     22:24 Fransada meşə yanğınları ilə əlaqədar həbslər olub  |     22:18 Çində təxliyə edilən insanların sayı 1 milyonu keçdi - YENİLƏNİB  |     22:11 İki yaşdan kiçik uşaqlara şokolad vermək olar?  |     22:05 "Barselona"dan 100 milyonluq transfer əməliyyatı  |     21:56 Bakıda sağlamlıq mərkəzinin rəhbərini öldürüb gölün kənarına atdılar  |     21:50 Qobustanda ağır QƏZA: Ölən var  |     21:41 Yaxın Şərqdə GƏRGİNLİK: İsrail Livana zərbələr endirdi  |     21:36 Əmrah Bulud "Karvan-Yevlax"dan getdi  |     21:30 Rusiya Sumını vurdu - Ölənlər var  |     21:24 "Coca-Cola" ilk dəfə tərkibində kokain olan dərman kimi yaradılıbmış  |     21:19 Yeni hoteldə 45 nəfərə iş veriləcək - 20-si Qarabağ sakinidir  |     21:12 Bakı bulvarında batmaqda olan şəxs xilas edilib - VİDEO  |     21:07 Türkiyədə qeysəriyyə əməliyyatlarına görə 100-ə yaxın həkim cəzalandırıldı  |     20:40 Orqanizmdə dəmir çatışmazlığını necə bilmək olar? - 5 əlamət  |     20:35 Okeanın dibində 73 gizli vulkan tapıldı - Bəziləri yenidən aktivləşə bilər  |    
Left Banner
Right Banner

Müğənni Kərim Abbasovun toyda döyülməsi ilə bağlı YENİ DETALLAR

13.09.2024 15:00 1 347
Müğənni Kərim Abbasovun toyda döyülməsi ilə bağlı YENİ DETALLAR
Müğənni Kərim Abbasovun iştirak etdiyi məclislərin birində döyülməsi ilə bağlı hadisənin yeni təfərrüatı məlum olub. Toyda qeydə alınan insidentdə iştirak edən bir neçə nəfəri polis saxlayıb.

Yenisabah.az məsələnin detallarını öyrənə bilib.

Belə ki, toyda iştirak edən qonaqlardan biri baş verən insidentin təfərrüatını danışıb.

Onun sözlərinə görə, Kərim Abbasov toy boyu canlı oxusa da, məclisin sonuna yaxın sifariş olunan rusca mahnını fonoqram ifa edib:

"Kərim toy boyu canlı ifa edirdi. Lakin sonradan mahnı sifarişi gəldi, sifariş edilən mahnı rus mahnısı idi. O, sifariş edilən mahnını fonoqram oxuyurdu. Müğənnilər rus mahnılarını çox da yaxşı bilmirlər, amma ev yiyəsindən sifariş gəldikdə onu oxumağa məcburdurlar. Kərim sifarişi oxuduğu vaxtda məclisdə olan qonaqlardan biri səhnəyə yaxınlaşdı ki, mən də səninlə birgə ifa edəcəyəm. Mahnı fonoqram olduğu üçün istər-istəməz qonağa verilən mikrofonun səsi zəif çıxır. Bu zaman qonaq israr etdi ki, Kərim öz mikrofonunu ona versin. Qonaq inadla müğənnidən mikrofonunu istədi, ona oxumağa imkan vermədi. Kərim də əsəbiləşdi ki, bu, mənim şəxsi mikrofonumdur və onu heç kəsə vermirəm.

İfa bitəndən sonra da qonaq Kərimdən əl çəkmədi, mübahisə yaratdı ki, "sən niyə fonoqram oxudun, mən canlı oxuyacaqdım, mənə imkan vermədin". Mübahisə belə başladı".

Mənbə qeyd edib ki, mübahisə bununla da səngiməyib:

"Kərim toydan çıxıb Moskvaya başqa toya getməli idi. O, təyyarəyə çatmalı idi, buna görə saat 12-ə işləmiş istədi ki, toyu bitirsin, "Vağzalı" çaldırdı. Gəlinin anası, yaxınları gəlib etiraz etdilər ki, nə vağzalı, toy hələ davam edəcək.

Ev yiyələri Kərimin toyu bitirməyinə icazə vermədilər. O da bir müddət gözlədi, amma saat 12-nin yarısı getməyə məcbur idi, yavaş-yavaş əşyalarını yığışdırmağa başladı. Məclis sahiblərinə də bildirdi ki, siz özünüz davam edin, mən təyyarəyə çatmalıyam. Kərim yığışıb getmək istəyəndə aşağıda ev yiyələri onu döydülər. Həmin gün təyyarəyə də çata bilmədi".скачать dle 11.3
Mojo.az Banner