Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Yerimə sürəti ömrün uzunluğundan xəbər verə bilər - Yeni araşdırma | 22:55 Hava limanında 20 min dollar tapan şəxslə bağlı qərar verildi | 22:50 Kirayə pulunu ödəmək üçün qapı oğurladı, 23 gün həbs edildi | 22:42 Payız yorğunluğundan xilas olmaq üçün 5 sadə məşq - Mütəxəssisdən tövsiyələr | 22:37 "Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi | 22:30 Xəbəri olmadan adına şirkət açıldı, 634 min manat vergi borcu yarandı (VİDEO) | 22:24 Üzü daha gənc göstərən saç kəsimləri | 22:15 Qazaxıstan və Ermənistan TRIPP-i müzakirə etdi | 22:10 Yaponiyada güclü zəlzələ oldu | 22:03 Bakıda istehlaka yararsız süd məhsulları aşkarlandı | 21:58 Sabah Bakıda yağış yağacaq | 21:50 "Arxa oturacaqda 7 yaşlı qıza əxlaqsızlıq edərkən gördüm ki..." - 67 yaşlı kişidən iyrənc hərəkət | 21:45 Maliyyə yoxlamaları nəticəsində 106,9 mln. manat vəsait bərpa edilib | 21:38 Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? - Hakimdən izah | 21:33 Ərdoğanın keçmiş müavini həbs edildi | 21:26 Ötən ay avtobusla 54 milyona yaxın sərnişin daşınıb | 21:21 Tikinti zamanı ayağı sınan fəhlə "Avrasiya" MTK-dan şikayətçidir - VİDEO | 21:13 Atasından pul oğurlayıb qumar oynayırmış - Məhkəmə bu qərarı verdi | 21:07 "Polis erməni dilində danışmağımı görüb..." - Azərbaycanlı bloger | 21:01 Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib |
Mojo.az Avto
Mojo.az Avto

Dünyada ağcaqanad xəstəliyi yayılır - Ölümcüldür

11.07.2026 22:38 492
Dünyada ağcaqanad xəstəliyi yayılır - Ölümcüldür
Avropanın bir sıra məşhur turizm ölkələrində ağcaqanadların yaydığı təhlükəli viruslara yoluxma halları artır. Həkimlər xəbərdarlıq edirlər ki, bu infeksiyalardan bəziləri sinir sistemini zədələyə, iflicə, beyin iltihabına və hətta ölümə səbəb ola bilər.

Median.Az
xəbər verir ki, ən riskli ölkələr sırasında İtaliya, Fransa, İspaniya, Portuqaliya, Yunanıstan, Rumıniya və Şimali Makedoniya yer alır.

Mütəxəssislər bildirirlər ki, son vaxtlar müşahidə olunan anomal isti hava ağcaqanadların sürətlə çoxalması üçün əlverişli şərait yaradıb.

Hansı viruslar təhlükə yaradır?

Həkimlərin sözlərinə görə, hazırda ən çox narahatlıq doğuran infeksiyalar bunlardır: Qərbi Nil virusu, denge qızdırması, çikunqunya qızdırması.

Əksər yoluxanlarda xəstəlik yüngül keçir və ya heç bir əlamət vermir. Lakin bəzi hallarda meningit, ensefalit, beyin zədələnməsi, güclü oynaq ağrıları, görmə pozğunluğu, iflic və ölüm kimi ağır fəsadlar yarana bilər.

Xüsusilə qərbi nil virusu ilə bağlı vəziyyət narahatlıq doğurur. Avropa mətbuatının məlumatına görə, təkcə İtaliyada bu mövsüm virus səbəbindən artıq onlarla ölüm halı qeydə alınıb.

İqlim dəyişikliyi riski artırır

Barselonada fəaliyyət göstərən professor Reyçel Lou bildirib ki, iqlim dəyişikliyi nəticəsində yaranan qlobal istiləşmə xəstəlik daşıyan ağcaqanadların yeni ərazilərə yayılmasına şərait yaradır.

Onun sözlərinə görə, malyariya, denge və digər infeksiyaları yayan həşəratlar əvvəllər rast gəlinməyən bölgələrdə də məskunlaşa bilir. Bu isə həmin ərazilərdə yaşayan insanların immunitetinin olmaması və səhiyyə sisteminin belə hallara tam hazır olmaması səbəbindən riski daha da artırır.

Professor hesab edir ki, yay mövsümünün daha uzun və isti keçməsi gələcək illərdə bu virusların daha geniş yayılmasına səbəb olacaq.

Turistlər necə qoruna bilər?

Həkimlər yay tətilinə gedənlərə ağcaqanad sancmalarından maksimum qorunmağı tövsiyə edirlər.

Bunun üçün repelentlərdən istifadə etmək, axşam saatlarında uzunqollu geyimlər geyinmək, pəncərə və qapılarda ağcaqanad torlarından istifadə etmək, həmçinin durğun su olan ərazilərdən uzaq durmaq məsləhət görülür.

Mütəxəssislər bildirirlər ki, istirahətdən qayıtdıqdan sonra yüksək hərarət, güclü baş ağrısı, dəri səpgisi və ya oynaq ağrıları yaranarsa, vaxt itirmədən həkimə müraciət etmək lazımdır. Erkən diaqnoz ağır fəsadların qarşısını almaqda mühüm rol oynayır.(lent.az)

Son xəbərlər