Mojo.az Banner
20:07 Üçüncü ixtisas qrupu ilə bağlı vacib məlumatlar  |     19:59 Ağaclar qanunsuz kəsildi - Təbiətə 71 min manatdan çox ziyan vurdular  |     19:54 Şəhid anası vəfat etdi  |     19:46 İkinci qrupda 600 və daha çox bal toplayanları sayı açıqlandı  |     19:40 İkinci ixtisas qrupunda neçə plan yeri ayrılıb?  |     19:33 Rusiya hərbi binasını partlatmağa çalışan qadın həbs edildi  |     19:28 Şəhidin 21 yaşlı qardaşının meyiti tapıldı  |     19:23 Azərbaycanda yeni dövlət rüsumları müəyyənləşdi  |     19:20 Ekspres marşrutların ilk və son dayanacağı - Video  |     19:15 Avtoxuliqanlıq edən moped sürücüsü həbs olundu  |     19:09 İcra başçısını təhqir edən şəxs həbs olundu  |     19:01 BMU məzunu dünyanın nüfuzlu ali təhsil müəssisini seçdi  |     18:55 Tovuzda sel körpünü dağıtdı - Kəndin rayonla əlaqəsi kəsildi  |     18:46 Payız üçün ən dəbli saç rəngi açıqlandı  |     18:41 Ronaldo yeni imicdə  |     18:18 Kartdan-karta köçürmələrdəki limitə görə qiymətlər artacaq? - AÇIQLAMA  |     18:14 Sumqayıtda kafedə yanğın: Obyekt tamamilə külə döndü  |     18:02 Bakıda 18 istiqamətdə sıxlıq va  |     17:56 Bakı və bir sıra rayonlarda güclü külək əsəcək - XƏBƏRDARLIQ  |     17:47 Azərbaycanda iqlim dəyişiklikləri ilə bağlı xərclər 1,4 milyard manatı ötüb  |    
Left Banner
Right Banner

İki yaşdan kiçik uşaqlara şokolad vermək olar?

11.07.2026 22:11 243
İki yaşdan kiçik uşaqlara şokolad vermək olar?
İki yaşdan kiçik uşaqlara şokolad vermək məsləhət görülmür. Bu yaşda əlavə şəkərdən mümkün qədər uzaq durmaq tövsiyə edilir. Şokoladın tərkibindəki kofein və teobromin də 2 yaşdan kiçik uşaqların istehlakı üçün uyğun deyil. Bu yaşdan sonra isə şokolad az miqdarda və ara-sıra verilə bilər.

Median.Az
xəbər verir ki, bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib. Bildirilib ki, şokolad gündəlik qida kimi deyil, bəzən yeyilən şirniyyat kimi qəbul edilməlidir.

Tərkibində şəkərin miqdarı yüksək olduğuna görə həddindən artıq istehlak dişlərdə çürümə riskini artıra, artıq çəkiyə səbəb ola bilər. Tünd şokoladda kofein daha çox olduğundan, kiçik uşaqlar üçün südlü şokolad belə yalnız məhdud miqdarda verilməlidir. Axşam saatlarında şokolad istehlakı bəzi uşaqlarda yuxu rejiminə mənfi təsir göstərə bilər. Əgər uşaqda süd, soya və ya qoz-fındıq allergiyası varsa, məhsulun etiketini mütləq yoxlamaq lazımdır.скачать dle 11.3
Mojo.az Banner