Mojo.az Banner
19:09 İcra başçısını təhqir edən şəxs həbs olundu  |     19:01 BMU məzunu dünyanın nüfuzlu ali təhsil müəssisini seçdi  |     18:55 Tovuzda sel körpünü dağıtdı - Kəndin rayonla əlaqəsi kəsildi  |     18:46 Payız üçün ən dəbli saç rəngi açıqlandı  |     18:41 Ronaldo yeni imicdə  |     18:18 Kartdan-karta köçürmələrdəki limitə görə qiymətlər artacaq? - AÇIQLAMA  |     18:14 Sumqayıtda kafedə yanğın: Obyekt tamamilə külə döndü  |     18:02 Bakıda 18 istiqamətdə sıxlıq va  |     17:56 Bakı və bir sıra rayonlarda güclü külək əsəcək - XƏBƏRDARLIQ  |     17:47 Azərbaycanda iqlim dəyişiklikləri ilə bağlı xərclər 1,4 milyard manatı ötüb  |     17:45 Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərilib  |     17:30 Rusiya ordusu Ukraynada yaşayış məntəqəsini nəzarətə götürüb  |     17:07 Sumqayıt sakinlərinə ŞAD XƏBƏR - Xırdalan qatarı yenə işləyəcək  |     16:57 Hansı çağırışçılar yekun tibbi müayinəyə cəlb edilirlər?  |     16:52 Sabah 37 dərəcə isti olacaq  |     16:49 Brüsseldən Bakı və İrəvana mühüm mesaj: Sülh yolunda irəliləyiş var  |     16:41 Taksi sürücüsündən ŞOK HƏRƏKƏT: "Uşaqlı adam götürmürəm" - VİDEO  |     16:29 Xocavənddə yanğın: FHN-in bölmələri cəlb edildi  |     15:56 Bakıda daha bir küçədə mikromobillik zolağı yaradıldı  |     15:40 DİN: Tanıdığınız şəxsin adından gələn şübhəli mesajlara inanmayın  |    
Left Banner
Right Banner

Okeanın dibində 73 gizli vulkan tapıldı - Bəziləri yenidən aktivləşə bilər

11.07.2026 20:35 372
Okeanın dibində 73 gizli vulkan tapıldı - Bəziləri yenidən aktivləşə bilər
Yerin sualtı dünyası alimlərin düşündüyündən daha aktiv vulkanik quruluşa malikdir. Beynəlxalq tədqiqat qrupu dünya okeanının dibində əvvəllər məlum olmayan 73 vulkanik kaldera aşkar edib. Kalderalar güclü püskürmələrdən sonra yaranan nəhəng çökəkliklərdir. Bu proses zamanı maqma kamerası boşalır və onun üzərindəki yer səthi çökür.

"Daily Mail” nəşrinin məlumatına görə, tədqiqatçılar axtarış zamanı əvvəlcə Marsdakı zərbə kraterlərini müəyyən etmək üçün hazırlanmış süni intellekt alqoritmindən istifadə ediblər.

Okean dibinin relyef xəritələrini təhlil edən sistem 87 mindən çox potensial obyekt aşkar edib. Ətraflı yoxlamadan sonra alimlər siyahını 78 ehtimal olunan kalderaya qədər azaldıblar. Onlardan beşi əvvəllər məlum idi, qalan 73-ü isə yeni kəşf hesab olunur.

Tədqiqatın rəhbəri, Paris-Sakle Universitetindən Andrea Verolino bildirib ki, hazırda dəniz dibində minlərlə kilometr uzunluğunda telekommunikasiya kabelləri, eləcə də neft və qaz infrastrukturu yerləşir.

Onun sözlərinə görə, potensial təhlükəli vulkanların yerini əvvəlcədən bilmək ciddi iqtisadi itkilərin və ekoloji fəlakətlərin qarşısını almaq baxımından böyük əhəmiyyət daşıyır.

Yerdəki vulkanik fəaliyyətin böyük hissəsi məhz su altında baş versə də, belə obyektlərin öyrənilməsi olduqca çətindir. Adətən tektonik plitələrin hərəkəti maqmanın sakit şəkildə səthə çıxmasına və yeni okean qabığının yaranmasına səbəb olur.

Lakin bəzi hallarda böyük vulkanlar formalaşır və güclü püskürmələrdən sonra kalderalara çevrilir.

Uzun müddət fəaliyyətsiz qalan vulkanlar da həmişə təhlükəsiz hesab edilə bilməz. Bunun ən diqqətçəkən nümunələrindən biri 2022-ci ildə baş verən Hunga-Tonga sualtı vulkanının püskürməsidir. Uzun illər sakit qaldıqdan sonra həmin vulkan müasir cihazlarla qeydə alınan ən güclü partlayışlardan birinə səbəb olub.

Hazırda hansı vulkanların yaxın onilliklərdə yenidən aktivləşə biləcəyini dəqiq müəyyənləşdirmək mümkün deyil. Lakin tədqiqatçılar əsasən subduksiya zonalarının yaxınlığında yerləşən yeddi kalderanı prioritet araşdırma obyektləri kimi müəyyən ediblər.

Əgər həmin vulkanların fəaliyyəti bərpa olunarsa, nəticələr yalnız dəniz ekosistemlərinə deyil, həm də qlobal sualtı infrastruktura təsir göstərə bilər.скачать dle 11.3
Mojo.az Banner