Naxçıvan Qarnizonu Qoşunlarında təşkil edilən kurslar başa çatıb – VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:54 İtkin düşmüş balıqçının axtarışları davam etdirilir - VİDEO  |     20:42 Ötən il Sumqayıtda 5 min 695 narkoloji xəstə qeydiyyata alındı  |     20:36 Sərnişinin halı pisləşdi - Təyyarə Bakıya endi  |     20:29 Sank-Peterburqda 12 il əvvəl azərbaycanlını girov saxlayıb öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub  |     20:23 MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb  |     20:18 Qəzzada ölənlərin sayı 62 min nəfərə yaxınlaşır  |     20:10 Belçikanın yeni hökuməti and içib  |     20:02 Qara dəniz sualtı kabelini idarə edəcək birgə müəssisə yaradılıb  |     19:57 Ötən ay azad edilən ərazilərdə 3583,8 hektar minalardan təmizlənib  |     19:50 İrəvan metrosunda insidentlə əlaqədar beş əcnəbi saxlanılıb  |     19:44 Belçikanın ticarət missiyası Azərbaycana səfər edəcək  |     19:39 Bakıda yerli istehsalçıların yarmarkası keçiriləcək  |     19:31 Qazaxda mənzildən 33 yaşlı kişinin meyiti aşkarlanıb  |     19:25 Çin ABŞ ilə ticarət danışıqlarına başlamağı planlaşdırır  |     19:16 Tərtər sakinindən "Kalaşnikov" aşkarlanıb  |     19:08 Alimlər immuniteti öyrənmək və dərman hazırlamaq üçün "çipdə sümük iliyi" yaradıblar  |     19:02 ABŞ yenidən Çini COVID-19 pandemiyasında təqsirləndirib  |     18:57 "ASAN Ximdət" və MİDA-nın kompüter sisteminə müdaxilə edən İvan Kravçukun məhkəməsi başlayır  |     18:44 Gənc oğlan yetkinlik yaşına çatmayan dayısı qızını qaçırdı - TƏFƏRRÜAT  |     18:36 "Turan Tovuz"un 19 yaşlı hücumçusu "Kəpəz"də  |    

Naxçıvan Qarnizonu Qoşunlarında təşkil edilən kurslar başa çatıb – VİDEO

Naxçıvan Qarnizonunda qadın hərbi qulluqçuların da cəlb edildiyi növbəti kursların uğurla başa çatması münasibəti ilə buraxılış mərasimi keçirilib.

Mərasimdə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi yad edilib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra çıxış edənlər kursları uğurla bitirən məzunları təbrik ediblər.

Bildirilib ki, tariximizə qızıl hərflərlə yazılan Aprel döyüşlərindən 5 il keçir. Bu döyüşlər zamanı işğaldan azad olunan strateji ərazi, yüksəklik və mövqelər, ardınca 2018-ci ildə qazanılan Günnüt zəfəri, ən sonda isə 44 günlük Vətən müharibəsində şanlı qələbəmiz bütün dünyaya Azərbaycan Ordusunun gücünü və qələbə əzmini göstərdi. İnanırıq ki, bu gün peşəkar hərbi qulluqçu kimi buraxılış mərasimi keçirilən gizirlər və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular da bu döyüşlərdə iştirak edən igid oğulların yolunu davam etdirəcək, Vətəni qorumaq kimi şərəfli vəzifənin öhdəsindən layiqincə gələcəklər.

Çıxışların ardından kursları müvəffəqiyyətlə bitirən məzunlara sertifikat və hədiyyələr təqdim edilib, nümunəvi xidməti ilə fərqlənən hərbi qulluqçular mükafatlandırılıblar.
Xatirə lövhələrinə buraxılış emblemləri vurulub və məzunların tribuna önündən təntənəli keçidi olub.

Sonda xatirə şəkli çəkdirilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 095 03.04.21 19:22