"ChatGPT"nin yeni möhtəşəm funksiyası gəlir - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:45 Ötən ay doqquz aptekdə nöqsan aşkarlanıb  |     17:23 Bakıda yeni yolun inşasına start verildi - VİDEO  |     17:20 Lukaşenkonun qələbəsi rəsmiləşdi  |     17:08 Prezident "Minatəmizləmə fəaliyyəti haqqında" qanunu TƏSDİQLƏDİ  |     17:04 Azərbaycanda yeni informasiya sistemi yaradılır - Xidmət haqqı tutulacaq  |     16:54 İlham Əliyev Rüfət Əzizovu vəzifəsindən azad etdi - YENİ TƏYİNAT  |     16:40 Əhməd əş-Şaraanın Türkiyəyə səfər tarixi açıqlandı  |     16:35 İlham Əliyev Polad Bülbüloğlunu təltif etdi  |     15:21 Bakı aeroportunda qonaq qarşılayan "dinozavr" marağa səbəb oldu - VİDEO  |     15:07 Moskvadakı partlayışda erməniəsilli federasiya rəhbəri ağır yaralandı  |     15:06 Azərbaycan həkimlərin reklamına qadağa qoyulması təklif olunub  |     15:05 Sosial müavinət və təqaüdlərin nə vaxtdan artacağı məlum oldu  |     15:04 Azərbaycanın dövlət büdcəsi yanvarda proqnozdan artıq icra edilib  |     15:01 Əhalini SEVİNDİRƏCƏK XƏBƏR - Ətin qiyməti ucuzlaşdı (VİDEO)  |     14:56 Bu rayonlarda polis postları quruldu  |     14:55 Türkiyədə dərman fabrikində qorxunc partlayış  |     14:53 İtkin şəhidin məzarı 32 il sonra TAPILDI  |     14:52 Ermənistan-İran sərhədində Rusiya bayraqları yığışdırılıb  |     14:50 "ChatGPT"nin yeni möhtəşəm funksiyası gəlir - VİDEO  |     14:39 Milli Məclis üç ölkənin imzaladığı sazişi ratifikasiya etdi  |    

"ChatGPT"nin yeni möhtəşəm funksiyası gəlir - VİDEO

"ChatGPT"də şəbəkədə mövcud olan böyük həcmli məlumatları ümumiləşdirməyə və mürəkkəb tədqiqat tapşırıqlarını yerinə yetirməyə imkan verən yeni funksiya işə salınır.

Bu barədə "OpenAI" şirkətinin saytında elan edilib.

Bildirilir ki, "Deep research" adlanan yeni proqram tədqiqatçı-analitik səviyyəsində tam hesabat yaratmaq üçün yüzlərlə onlayn mənbəni müstəqil şəkildə tapa, təhlil edə və ümumiləşdirə bilər.

Tərtibatçıların sözlərinə görə, bu bilikləri ümumiləşdirmək qabiliyyəti yeni biliyin formalaşması üçün ilkin şərtdir və ümumi süni intellektin inkişafı istiqamətində yeni addımı göstərir.

Proqram şəbəkədə məlumat axtarışı və məlumatların təhlili üçün optimallaşdırılmış "o3" modelinə əsaslanır.

Hazırda "dərin axtarış" yalnız "ChatGPT"nin "Pro" tarifi olan ödənişli abunəçiləri üçün mövcuddur, lakin gələcəkdə "Plus" və "Team" tarifli abunəçilər də ondan istifadə edə biləcəklər.

Yeni funksiya maliyyə, elm, siyasi idarəetmə, mühəndislik kimi sahələrdə intensiv əqli əməklə məşğul olan mütəxəssislər üçün xüsusilə faydalı olacaq.

Bundan əlavə, "Deep research" məhsul alışı zamanı potensial alıcıya bazarda mövcud olan seçimləri müqayisə etməkdə köməkçi rolunu oynaya bilər.

"Dərin axtarış"ın fərqləndirici xüsusiyyəti ChatGPT-nin sorğuya cavab hazırlaması üçün tələb olunan əhəmiyyətli vaxtdır - tapşırığın mürəkkəbliyindən asılı olaraq 5-30 dəqiqə. Bu zaman istifadəçi çatbotdan istifadə etməyə davam edə bilər. Verilən suala cavabla yanaşı, proqram təhlil zamanı görülən addımlar və istifadə edilən mənbələrə istinadlar haqqında məlumat da təqdim edəcək.
//oxu.az
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            390 03.02.25 14:50