Sosial müavinət və təqaüdlərin nə vaxtdan artacağı məlum oldu » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:05 4.5 milyondan artıq vəsaiti ölkəyə qaytarmayanlar hakim qarşısına çıxarılırlar  |     17:58 Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib  |     17:56 Azərbaycanda yeni dövlət rüsumları müəyyənləşdi  |     17:47 Mariya Stadnikə vəzifə verildi  |     17:45 Ötən ay doqquz aptekdə nöqsan aşkarlanıb  |     17:23 Bakıda yeni yolun inşasına start verildi - VİDEO  |     17:20 Lukaşenkonun qələbəsi rəsmiləşdi  |     17:08 Prezident "Minatəmizləmə fəaliyyəti haqqında" qanunu TƏSDİQLƏDİ  |     17:04 Azərbaycanda yeni informasiya sistemi yaradılır - Xidmət haqqı tutulacaq  |     16:54 İlham Əliyev Rüfət Əzizovu vəzifəsindən azad etdi - YENİ TƏYİNAT  |     16:40 Əhməd əş-Şaraanın Türkiyəyə səfər tarixi açıqlandı  |     16:35 İlham Əliyev Polad Bülbüloğlunu təltif etdi  |     15:21 Bakı aeroportunda qonaq qarşılayan "dinozavr" marağa səbəb oldu - VİDEO  |     15:07 Moskvadakı partlayışda erməniəsilli federasiya rəhbəri ağır yaralandı  |     15:06 Azərbaycan həkimlərin reklamına qadağa qoyulması təklif olunub  |     15:05 Sosial müavinət və təqaüdlərin nə vaxtdan artacağı məlum oldu  |     15:04 Azərbaycanın dövlət büdcəsi yanvarda proqnozdan artıq icra edilib  |     15:01 Əhalini SEVİNDİRƏCƏK XƏBƏR - Ətin qiyməti ucuzlaşdı (VİDEO)  |     14:56 Bu rayonlarda polis postları quruldu  |     14:55 Türkiyədə dərman fabrikində qorxunc partlayış  |    

Sosial müavinət və təqaüdlərin nə vaxtdan artacağı məlum oldu

"Prezident İlham Əliyev tərəfindən imzalanmış 23 dekabr 2024-cü il tarixli Sərəncamda əməkhaqqı və pensiya artımları ilə yanaşı, eyni zamanda sosial müavinət və təqaüdlərdə artımlar nəzərdə tutulub".

Bu sözləri Baku.ws-ə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, həmin sərəncamla Nazirlər Kabinetinə sosial müavinətlər və təqaüdün artırılması ilə bağlı tapşırıq verilib:

"Nazirlər Kabineti sərəncam imzalandıqdan üç ay müddətində həmin təklifləri, eyni zamanda maliyyə qiymətləndirilməsini hazırlayıb dövlət başçısına təqdim etməlidir. Bu kontekstdə gözlənilir ki, artıq mart ayının ikinci yarısında təkliflər və maliyyə qiymətləndirilməsi hazırlanıb dövlət başçısına təqdim olunacaq. Daha sonra biz artıq sosial müavinət və təqaüdlərdə artımları müşahidə edəcək.

Təbii ki, Nazirlər Kabineti tərəfindən təkliflər hazırlandıqdan sonra hansı istiqamətdə artımların olacağı aydın olacaq. Amma birmənalı şəkildə sosial müavinət və təqaüdlərdə artım nəzərdə tutulub. Bu sosial paketin bir elementidir. Sosial paket yalnız əməkhaqqı və maaş artımları deyil, həm də müavinət və təqaüdlərdə artımları özündə ehtiva edib.

Gözlənti ondan ibarətdir ki, Nazirlər Kabineti mart ayında təkliflər təqdim etdikdən sonra cənab Prezident tərəfindən sərəncam imzalanacaq və biz Azərbaycanda sosial müavinətlər və təqaüdlərdə artımları müşahidə edəcəyik".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            558 03.02.25 15:05