"ASAN Ximdət" və MİDA-nın kompüter sisteminə müdaxilə edən İvan Kravçukun məhkəməsi başlayır » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:24 Günəşdə güclü partlayışlar baş verdi  |     22:07 Bu şəxslər üçün tibbi arayış ödənişsizdir  |     21:53 Bakıda müəllim faciəvi şəkildə həlak oldu  |     21:34 Sabah Yevlaxın bir hissəsində qazın verilişində fasilə olacaq  |     21:24 Şamaxıda FACİƏ: məktəbli uşaq zəhərlənib öldü  |     21:04 Sərhədyanı rayonlarda blok-post quraşdırılmayıb - DİN  |     20:54 İtkin düşmüş balıqçının axtarışları davam etdirilir - VİDEO  |     20:42 Ötən il Sumqayıtda 5 min 695 narkoloji xəstə qeydiyyata alındı  |     20:36 Sərnişinin halı pisləşdi - Təyyarə Bakıya endi  |     20:29 Sank-Peterburqda 12 il əvvəl azərbaycanlını girov saxlayıb öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub  |     20:23 MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb  |     20:18 Qəzzada ölənlərin sayı 62 min nəfərə yaxınlaşır  |     20:10 Belçikanın yeni hökuməti and içib  |     20:02 Qara dəniz sualtı kabelini idarə edəcək birgə müəssisə yaradılıb  |     19:57 Ötən ay azad edilən ərazilərdə 3583,8 hektar minalardan təmizlənib  |     19:50 İrəvan metrosunda insidentlə əlaqədar beş əcnəbi saxlanılıb  |     19:44 Belçikanın ticarət missiyası Azərbaycana səfər edəcək  |     19:39 Bakıda yerli istehsalçıların yarmarkası keçiriləcək  |     19:31 Qazaxda mənzildən 33 yaşlı kişinin meyiti aşkarlanıb  |     19:25 Çin ABŞ ilə ticarət danışıqlarına başlamağı planlaşdırır  |    

"ASAN Ximdət" və MİDA-nın kompüter sisteminə müdaxilə edən İvan Kravçukun məhkəməsi başlayır

"ASAN Ximdət" və Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) kompüter sisteminə müdaxilə etməkdə ittiham olunan Kravçuk İvan Andreyeviçin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. 


Qaynarinfo-nun məlumatına görə, iş baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib. Fevralın 5-nə iç üzrə məhkəmə hazırlıq iclası təyin edilib. İclas hakim Günel Səmədovanın sədrliyi ilə keçiriləcək. 

İvan Kravçuk Cinayət Məcəlləsinin 273.4-cü (Kompyuter məlumatlarının qəsdən zədələnməsi, silinməsi, korlanması, dəyişdirilməsi və ya bloklanması buna hüququ olmayan şəxs tərəfindən törədilməklə əhəmiyyətli zərər vurulması - ictimai əhəmiyyətli infrastruktur obyektlərinin kompyuter sisteminə və ya onun hər hansı bir hissəsinə münasibətdə törədildikdə) maddəsi ilə mühakimə ediləcək. Bu maddədə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 4 ildən 6 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulur.
 
İvan Kravçukun cinayət işi üzrə "ASAN Xidmət" və MİDA zərərçəkmiş qismində tanınıb. 
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            102 03.02.25 18:57