Belçikanın ticarət missiyası Azərbaycana səfər edəcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:07 Bu şəxslər üçün tibbi arayış ödənişsizdir  |     21:53 Bakıda müəllim faciəvi şəkildə həlak oldu  |     21:34 Sabah Yevlaxın bir hissəsində qazın verilişində fasilə olacaq  |     21:24 Şamaxıda FACİƏ: məktəbli uşaq zəhərlənib öldü  |     21:04 Sərhədyanı rayonlarda blok-post quraşdırılmayıb - DİN  |     20:54 İtkin düşmüş balıqçının axtarışları davam etdirilir - VİDEO  |     20:42 Ötən il Sumqayıtda 5 min 695 narkoloji xəstə qeydiyyata alındı  |     20:36 Sərnişinin halı pisləşdi - Təyyarə Bakıya endi  |     20:29 Sank-Peterburqda 12 il əvvəl azərbaycanlını girov saxlayıb öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub  |     20:23 MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb  |     20:18 Qəzzada ölənlərin sayı 62 min nəfərə yaxınlaşır  |     20:10 Belçikanın yeni hökuməti and içib  |     20:02 Qara dəniz sualtı kabelini idarə edəcək birgə müəssisə yaradılıb  |     19:57 Ötən ay azad edilən ərazilərdə 3583,8 hektar minalardan təmizlənib  |     19:50 İrəvan metrosunda insidentlə əlaqədar beş əcnəbi saxlanılıb  |     19:44 Belçikanın ticarət missiyası Azərbaycana səfər edəcək  |     19:39 Bakıda yerli istehsalçıların yarmarkası keçiriləcək  |     19:31 Qazaxda mənzildən 33 yaşlı kişinin meyiti aşkarlanıb  |     19:25 Çin ABŞ ilə ticarət danışıqlarına başlamağı planlaşdırır  |     19:16 Tərtər sakinindən "Kalaşnikov" aşkarlanıb  |    

Belçikanın ticarət missiyası Azərbaycana səfər edəcək

Fevralın 16-19-da Belçikanın ticarət missiyasının Azərbaycana səfəri planlaşdırılıb.

Bu barədə Belçika-Azərbaycan Ticarət Palatasının ("Belgazercom") Direktorlar Şurasının sədri Stef Qoris sosial şəbəkə hesablarında yazıb.

O qeyd edib ki, 2024-cü il dekabrın 11-də yaradılan təşkilatın təxminən 20 belçikalı və 3 azərbaycanlı üzvü var. Palata 4 belçikalı iş adamından ibarət Direktorlar Şurası tərəfindən idarə olunur.

"Bizim ilk tədbirimiz “Belgazercom”un Direktorlar Şurasının fevralın 16-da Azərbaycana səfəri olacaq. Səfər fevralın 19-dək davam edəcək", - sədr yazıb.

Onun sözlərinə görə, səfər çərçivəsində Azərbaycan müəssisələri ilə B2B görüşləri təşkil olunacaq və maraq göstərən bütün Belçika şirkətləri bu ticarət missiyasına qoşula bilər.

Bakıya səfər zamanı “Belgazercom”un Direktorlar Şurası Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO), həmçinin İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəhbərliyi ilə görüşlər keçirəcək.

Bundan başqa, Belçikanın Azərbaycandakı səfirliyində iştirakçı şirkətlərin konkret biznes maraqları və imkanlarına həsr olunmuş müzakirələr aparılacaq.
//reportскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            147 03.02.25 19:44