Qazax rayonunda mənzildən 33 yaşlı kişinin meyiti aşkar edilib.
Qazax rayon sakini, 1992-ci il təvəllüdlü E.Ocaqverdiyevin meyiti yaşadığı evdə tapılıb.
Evin hamam otağında meyiti tapılan şəxsin dəm qazından boğularaq öldüyü ehtimal olunur.
Faktla bağlı Qazax rayon Prokurorluğunda araşdırma aparılır.