Sərnişinin halı pisləşdi - Təyyarə Bakıya endi
"Cathey Pasific” aviaşirkətinin Honq Konq – London marşrutu üzrə uçuş yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş sorğusu göndərib.
Bu haqda Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, buna səbəb sərnişinlərdən birinin səhhətinin pisləşməsi olub.
Heydər Əliyev Beynəlxalq Aeroportundan, "Airbus A350” təyyarəsi yerli vaxtla saat 19:08-də hava limanına uğurla eniş edib.
Sərnişinə operativ şəkildə ilkin tibbi yardım göstərilib, vəziyyəti qiymətləndirildikdən sonra o, dərhal tibbi müəssisəyə çatdırılıb.
Qeyd edək ki, fövqəladə hallara operativ reaksiya göstərmək və sərnişinlərin, ekipaj üzvlərinin təhlükəsizliyini təmin etmək məqsədilə Heydər Əliyev Beynəlxalq Aeroportunda mütəmadi hazırlıq təlimləri keçirilir.
скачать dle 11.3
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!