"Kəpəz" klubu "Turan Tovuz"un futbolçusu Sadiq Şəfiyevi mövsümün sonunadək icarəyə götürüb.
Bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Gəncə futbol məktəbinin yetirməsi olan 19 yaşlı hücumçu 2020-2021-ci illərdə "Kəpəz"də çıxış edib.