Erməni əsgərlərin müharibə etirafları... » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Əlillik dərəcəsi almaq istəyən Qarabağ veteranı dələduzluğun qurbanı oldu  |     22:55 İsrailin Xürrəmabada hücumu nəticəsində “Sepah”ın 10 üzvü həlak oldu, 9-u yaralandı  |     22:50 Azərbaycanda vəzifəli şəxs vəfat etdi  |     22:39 Söküləcək mülklərin qiymətləndirilməsi necə aparılmalıdır?  |     22:32 Azərbaycanda büdcə qaydası dəyişir  |     22:24 Azərbaycanda körpə ölümlərinin əsas səbəbləri məlum oldu  |     22:19 3,2 milyon vergi borcu olan şirkət kimindir?  |     22:12 Gürcüstan Prezidenti 37 nəfəri əfv edib  |     22:05 Bakıda qəbiristanlıqda qanlı olay: Həmyaşıdını öldürən yeniyetməyə HÖKM OXUNDU  |     21:59 Cəlilabadda iki avtomobil toqquşub, ölən var  |     21:53 "UFC Fight Night": Polşalı Klaudiya Siqula rusiyalı rəqibini üstələdi  |     21:48 Azərbaycanın vaxtilə işğal olunmuş ərazilərində qanunsuz məskunlaşmaya dair yeni faktlar açıqlanıb  |     21:40 Tanınmış MTK ağacları kəsibmiş.. - Açıqlama  |     21:33 Quş qripi xəstəliyinə qarşı monitorinqin nəticələri açıqlanıb  |     21:28 Masallıda 37 kəndin qaz təchizatı dayandırılacaq  |     21:22 Bakıda 3 müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir  |     21:16 İndoneziya XİN başçısı: İrandan Azərbaycana 90-dan çox vətəndaşımız təxliyə edilib  |     21:13 Astarada qədim dövrə aid unikal memarlıq nümunəsi aşkar edilib  |     21:05 Məhkəmə Azər Zahid və onun köməkçisi ilə bağlı qərar verdi  |     21:05 BMT-nin fələstinli qaçqınlarla bağlı təşkilatının Ankara təmsilçiliyi açılacaq  |    

Erməni əsgərlərin müharibə etirafları...

Jurnalsit Asif Nərimanlı erməni əsgərlərin II Qarabağ müharibəsi ilə bağlı etiraflarını paylaşıb.

Median.Az
həmin fikirləri təqdim edir:

Armen Mnatsakanyan: "Sanki vəba baş verdi. Döyüşməyə belə imkan tapmadıq. Cəbhəyə getdim, iki gün sonra postda oturmuşduq, konyak içirdik, birdən vıyıltı eşitdik və paart! Türkiyənin pilotsuz təyyarəsi zərbə endirdi. İki dostum parça-parça oldu, mözücə sayəsində sağ qaldım, əlim zədələndi”.

Kapitan Suren Ter-Qukasyan: "Biz axmaq idik. Biz birinci müharibədə Azərbaycanın məğlub olmasının eyforiyasında idik. Onlara lağ edirdik: "Bu azərbaycanlılar doğrudan döyüşməyi bacarır? Gözləsinlər, biz Bakıya çatacağıq".

Levon Melkonyan: "Müharibənin ilk günündən etbarən azərbaycanlılar hava üstünlüyünə nail oldular. Tanklar və zirehli texnikanın faydasız olduğu ortaya çıxdı, pilotsuz təyyarələr raket yağdırırdı. Raketlər komandirlərin iclas üçün toplandığı yerləri məhv edirdi. Sursat gətirə bilmirdilər, çünki PUA-lar yük maşınlarını axtarır, tapır və məhv edirdi”.

Araik Xaçikyan: "Dəhşətli idi. Mən səhər açılan kimi içməyə başlayırdım, əks halda dronların törətdiyi partlayışlara əsəblərim dözmürdü. Zabitlər də içirdi, hətta deyirlər ki, yüksək çinli erməni siyasətçisi generallara zəng edərək, nəyin bahasına olursa-olsun, hücum etmək əmri versə də, komandirlər rəhbərliyin əmrlərinə sadəcə tüpürür, öz bildikləri kimi edirdilər. Hər şey bir-birinə qarışmışdı”.

"Arqumenti i Faktı" qəzeti yazır ki, ermənilər illərdir Azərbaycanın müasir silahlar aldığına baxır və düşünürdülər ki, məqsəd onları qorxutmaqdır. Azərbaycanlılara gülürdülər: "Qorxaqlar, buna cəsarət edə bilməzlər”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 584 13.03.21 21:04