Mojo.az — elanlar
Son Xəbərlər
13:44 Yardımlının yeni icra başçısı kimdir? - DOSYE  |     13:43 Azərbaycanda bəzi şəxslərə 20 illik vergi güzəşti - Prezident təsdiqlədi  |     13:43 "Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə"də dəyişikliklər edildi  |     13:32 Gələn il ərzaq qiymətləri arta bilər – Açıqlama  |     13:10 Hər gün istifadə etdiyimiz duz nə qədər təmizdir? – AÇIQLAMA  |     13:09 Prezident yeni icra başçısı təyin etdi  |     13:08 İlham Əliyev Elçin Yusubovu vəzifəsindən azad etdi  |     12:46 Azərbaycan-Türkiyə qardaşlığına kölgə salmaq istəyən qüvvələr var – Deputat  |     12:37 Azərbaycanda bəzi bələdiyyələrin adları dəyişdirildi  |     12:25 Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər  |     12:21 Ermənistan rəsmiləri TRIPP-in infrastruktur layihələri üçün Zəngəzura səfər ediblər  |     12:01 Bakıda iki yaşlı qız su kanalında boğuldu  |     11:56 Havanın isti keçməsinin səbəbi açıqlandı  |     11:53 Azərbaycan nefti cüzi bahalaşıb  |     11:52 Ermənistan sərhədi keçən azərbaycanlı çobanı geri qaytaracaq  |     11:50 Çoxmərtəbəli binanın zirzəmisində gizlədilən qızılları divarı dağıdaraq taladı  |     11:40 "Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı yeni qərar  |     11:38 Sahibkarın bir milyon manatını mənimsədi, mərc oyunlarında uduzdu - Bakıda şok dələduzluq  |     11:37 Həkim yod çatışmazlığından qorunmağın ən asan yolunu açıqladı  |     11:26 Avropada saytlara giriş kütləvi şəkildə məhdudlaşdırılır  |    
Mojo.az Avto
Mojo.az Avto

Bəzi şəxslər Azərbaycandan Şimali Makedoniyaya vizasız buraxılacaqlar

21.06.2025 16:43 1 290
Bəzi şəxslər Azərbaycandan Şimali Makedoniyaya vizasız buraxılacaqlar
Milli Məclis Azərbaycan və Şimali Makedoniya arasında diplomatik və xidməti/rəsmi pasport sahiblərinin vizadan azad edilməsi haqqında sazişi ratifikasiya edib.

Sözügedən məsələ parlamentin bugünkü növbədənkənar plenar iclasında müzakirəyə çıxarılıb.

Belə ki, "Azərbaycan Respublikası Hökuməti ilə Şimali Makedoniya Respublikası Hökuməti arasında diplomatik və xidməti rəsmi pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş" 2025-ci il martın 12-də Bakı şəhərində imzalanıb.

Saziş dövlətlər arasında dostluq münasibətlərinin inkişafını təşviq etmək üçün hər iki dövlətin etibarlı diplomatik və xidməti/rəsmi pasport sahibləri olan vətəndaşlarının giriş, çıxış və hərəkətini asanlaşdırmaq məqsədinə xidmət edir.

Sazişə əsasən, razılığa gələn bir tərəfin dövlətinin etibarlı diplomatik və xidməti/rəsmi pasporta malik vətəndaşları viza əldə etmədən razılığa gələn digər tərəfin dövlətinin ərazisində hər giriş tarixindən etibarən 180 gün ərzində 90 gündən artıq olmayan müddətdə daxil ola, tranzit keçə, oradan çıxa və orada qala bilərlər.

Müvafiq diplomatik nümayəndəlikdə, konsulluqlarda və ya beynəlxalq təşkilat yanında akkreditə edilmiş daimi missiyada öz vəzifələrini yerinə yetirmək üçün bir tərəfin dövlətinin ərazisinə daxil olan və etibarlı diplomatik və xidməti/rəsmi pasportlara malik olan digər tərəfin dövlətinin vətəndaşları, habelə onların ailə üzvləri qəbul edən ölkənin Xarici İşlər Nazirliyində akkreditə edilirlər.

Bu saziş diplomatik nümayəndəliklərin və konsulluqların etibarlı diplomatik və xidməti/rəsmi pasportlara malik üzvlərini, eyni zamanda, digər tərəfin ərazisində yerləşən beynəlxalq təşkilatların nümayəndələrini, həmçinin onların ailə üzvlərini onları qəbul edən dövlətdə akkreditasiya üçün qoyulan viza tələbindən azad etmir. Həmin şəxslər akkreditasiya olunandan sonra təyinat müddəti ərzində qəbul edən dövlətin ərazisinə vizasız daxil ola, oradan tranzit keçə, orada qala və oranı tərk edə bilərlər.

Müzakirələrdən sonra "Azərbaycan Respublikası Hökuməti ilə Şimali Makedoniya Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi haqqında qanun layihəsi səsə qoyularaq bir oxunuşda təsdiqlənib.
//oxu.az

Son xəbərlər