Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Cəlilabadda iki avtomobil toqquşub, ölən var

21.06.2025 21:59 801
Cəlilabadda iki avtomobil toqquşub, ölən var
Cəlilabad rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Hadisə Cəlilabadın Göytəpə şəhəri ərazisində qeydə alınıb.

"VAZ 2106" və "Mercedes" markalı minik avtomobillərinin toqquşması nəticəsində bir nəfər hadisə yerində ölüb.

Ölən şəxs "VAZ"ın sərnişini, Göytəpə şəhər sakini, 1957-ci il təvəllüdlü Əminağa Xudaqulu oğlu Tağıyevdir.

Faktla bağlı araşdırma aparılır.
//Report

Son xəbərlər