Mojo.az Banner
SON DƏQİQƏ
15:14 Ramiz Mehdiyevin hansı təltifləri alınacaq? - Siyahı  |     15:05 Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb  |     14:42 Biləsuvarda dəhşətli qəza: İki ölü, üç yaralı var  |     14:31 Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb  |     14:14 Gənc oğlan binadan yıxılıb öldü  |     14:02 Azərbaycanda 4 gün ardıcıl iş olmayacaq  |     14:01 İsmayıllıda ölümlə nəticələnən qəzanın səbəbi açıqlandı  |     13:36 Azərbaycan nefti ucuzlaşdı: Son qiymət  |     13:33 Bakıda turistə təbii kürü adı ilə süni məhsul satılıb? - Video  |     12:57 Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı  |     22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |     22:33 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video  |     21:39 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib  |     21:25 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR  |     21:16 Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi  |     21:03 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir  |     20:50 Minimum əməkhaqqı artacaq? - Video  |     20:33 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib  |     20:25 Prezidentin sosial şəbəkə hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb  |     20:03 Türk dünyasından Azərbaycana növbəti dəstək  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycana yay gəldi - VİDEO

21.06.2025 15:06 933
Azərbaycana yay gəldi - VİDEO
Azərbaycanda yay fəsli başladı.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə yay fəslinin (Yay Günəş duruşu) Azərbaycana daxil olma vaxtı iyunun 21-i saat 06:42:11-ə təsadüf edib.

Yay Günəş duruşu zamanı Yerin fırlanma oxu ilə ulduzumuzun istiqaməti arasında ən kiçik bucaq əmələ gəlir. Nəticədə Günəş səmada ilin ən yüksək nöqtəsinə çatır. Bakıda Günəş bu gün günorta vaxtı üfüqdən 73.1° hündürlükdə, yəni maksimum yüksəklikdə görünəcək.

Həmçinin iyunun 21-i bu ilin ən uzun gündüzünün və ən qısa gecəsinin müşahidə olunduğu gündür. Gündüzün uzunluğu 15 saat 3 dəqiqə 24 saniyə, gecənin uzunluğu isə 8 saat 56 dəqiqə 36 saniyə olacaq.

Yay fəslinin uzunluğu 93 gün 15 saat 37 dəqiqə 5 saniyə təşkil edəcək.

Yay mövsümüскачать dle 11.3

Son xəbərlər