Mojo.az — elanlar
Son Xəbərlər
23:00 Bu 3 bürcün kişiləri xanıma pul xərcləməkdən zövq alır  |     22:54 Evinin "kupça"sı olmayanlara şad xəbər  |     22:49 Rusiyaya məxsus qırıcı təyyarə yerə çırpıldı  |     22:37 Konstitusiya Məhkəməsi bu məsələlərlə bağlı qərar qəbul etdi  |     22:30 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     22:24 2 vəkilə töhmət verildi  |     22:15 Əsas yolda asfalt örtüyü dağılıb - VİDEO  |     22:10 Lerikdə qızıl axtaranlar tutuldu - Biri qayadan yıxılıb öldü  |     22:02 Bu ölkədə ölüm hökmü bərpa edildi  |     21:57 Sevinərkən 800 manatadək cərimələnə bilərsiniz - DİQQƏT  |     21:50 Xəzərdə 200-ə yaxın nərə balığı ölü tapıldı  |     21:43 Bakıda əsas yol 3 günlük təmirə bağlanacaq - Bu saatlarda  |     21:41 Bakının mərkəzi küçəsində ölüm  |     20:52 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     20:51 Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək  |     20:48 Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açıldı  |     20:23 "Gəncə Mall"da oğurluq  |     19:55 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib  |     19:36 Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - Foto  |     19:20 Dəhşətli qətlin şok təfərrüatı: Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Tanınmış MTK ağacları kəsibmiş.. - Açıqlama

21.06.2025 21:40 579
Tanınmış MTK ağacları kəsibmiş.. - Açıqlama
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri, Biləsuvar və Salyan rayonlarının inzibati ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.

Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən bildirilib.

Araşdırma zamanı Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində, Nizami rayonu 2527-ci məhəllədə, "Qismət-M House” MTK tərəfindən təmir-bərpa işləri aparılan sahədə ağacların kəsilməsi müəyyənləşdirilib. Biləsuvar rayonu ərazisində və Salyan rayonunun Sarvan kəndində də ağac və kolların qanunsuz kəsilməsi aşkar edilib.

Faktlarla bağlı yaşıllıqlara ümumilikdə 158 970 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.

Qeyd edək ki, "Qismət-M House” MTK hazırda "Premium Park Neftçilər” layihəsini inşa edir.

Son xəbərlər